Bank Of Baku

Naxçıvan MR-in Bakıdakı daimi nümayəndəliyinə yeni rəhbər təyin olunub

Naxçıvan MR-in Bakıdakı daimi nümayəndəliyinə yeni rəhbər təyin olunub
# 05 mart 2014 15:13 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinə yeni rəhbər əvəzi təyin olunub.

 

Naxçıvan MR-in Bakıdakı daimi nümayəndəliyindən APA-ya bildiriblər ki, bu vəzifəyə təyin olunan Bəxtiyar Əsgərov fevralın 28-dən rəsmən fəaliyyətə başlayıb.

 

Nümayəndəlikdən onu da bildiriblər ki, 1981-ci ildə Culfa rayonun Göydərə kəndində anadan olan B.Əsgərov əvvəllər YAP Gənclər Təşkilatının sədr müavini, BDU-nun filologiya fakültəsinin müəllimi kimi çalışıb.

 

Qeyd edək ki, Naxçıvan MR-in Bakıdakı daimi nümayəndəliyinə rəhbər müavini Həsən Hacıyev başçılıq edirdi. Təqaüd yaşına çatması ilə əlaqədar o, tutduğu vəzifədən azad edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR