Bank Of Baku

Nazir müavini: “Cəzaçəkmə müəssisələrində səsverməni izləmək üçün KİV-ə şərait yaradılacaq”

Nazir müavini: “Cəzaçəkmə müəssisələrində səsverməni izləmək üçün KİV-ə şərait yaradılacaq”
# 30 iyul 2013 09:39 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu ədliyyə nazirinin müavini Azər Cəfərov Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyaları (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursda “Seçki prosesində ədliyyə orqanlarının rolu və fəaliyyət istiqamətləri (VVAQ orqanları, notariuslar, Hüquqi Aktların Dövlət Reyestri, istintaq təcridxanaları və cəzaçəkmə müəssisələri)” mövzusunda çıxışı zamanı deyib.


Nazir müavini çıxışında məhkəmə-hüquq sistemində aparılan islahatlar haqda da danışıb: “Azərbaycanda son illərdə məhkəmə hakimlərinin sayı dəfələrlə artırılıb. Amma bunun özü də hələlik aşağı göstəricidir. Çünki Avropa ölkələri ilə müqayisədə Azərbaycanda hakimlərin sayı 3 dəfə aşağıdır”.

A. Cəfərov bildirib ki, 1995-ci ildən başlayaraq, həbs yerlərində, istintaq təcridxanalarında saxlanılan təqsirləndirilən və cəza çəkən məhbusların səsvermə hüququndan istifadə edərək, səsverməsinin təmin edilməsi ilə bağlı müvafiq addımlar atılır: “Bu yöndə Ədliyyə Nazirliyinin Mərkəzi Seçki Komissiyası və dairə seçki komissiyaları ilə qarşılıqlı fəaliyyət həyata keçirilir. Həmin gün cəzaçəkmə müəssisələrində təkcə məhbuslar yox, eyni zamanda həmin qurumlarda xidmət aparan növbətçi əməkdaşlar və hərbi qulluqçular da səsvermədə iştirak edir. Cəzaçəkmə müəssisələrində namizədlərin və onların səlahiyyətli nümayəndələrinin də məhbuslarla görüşlərinə icazə verilir”.

Nazir müavini onu da xatırladıb ki, 2008-ci ildə keçirilən prezident seçkilərində səsvermə hüququ olan məhbuslardan 17.700 nəfərdən 99,3 faizi öz hüququndan istifadə edərək, bu seçkidə iştirak edib. Həmin məhbusların – seçicilərin 93,9 faizi də ölkə prezidenti İlham Əliyevə səs verib. Sonuncu - 2010-cu ildə keçirilən parlament seçkilərində isə 16.603 məhbus – seçicidən 99 faizi öz hüququndan yararlanaraq səsvermədə iştirak edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR