Sentabrın 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dünya Adolf Adanın “Jizel” baletinin tamaşası nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşada ukraynalı sənətçilər Tatyana Qolyakova və Sergey Dosenko iştirak edəcəklər. T.Qolyakova tamaşada Jizel partiyasını ifa edəcək. O, Ukrayna Milli Operasının prima-balerinası, Ukraynanın xalq artistidir. Onun tərəf müqabili, qraf Albert partiyasını isə Odessa Opera və Balet Teatrının aparıcı solisti, Ukraynanın əməkdar artisti Sergey Dosenko ifa edəcək.
Tamaşada balet truppasının solistləri - Elmira Süleymanova, əməkdar artistlər Alsu Qimadiyeva və Makar Ferştandt çıxış edəcəklər.
Tamaşanın dirijoru xalq artisti, professor Cavanşir Cəfərovdur.