Bank Of Baku

Oruc Zalov: “Səsvermə hüququna malik seçicilərin hər birinin şəxsiyyət vəsiqəsi ilə təmin olunmasını ciddi nəzarətdə saxlayırıq” - VİDEO

Oruc Zalov: “Səsvermə hüququna malik seçicilərin hər birinin şəxsiyyət vəsiqəsi ilə təmin olunmasını ciddi nəzarətdə saxlayırıq” - <span style="color: red;">VİDEO
# 30 iyul 2013 14:08 (UTC +04:00)

APA-nın məlumatına görə, bu fikirləri daxili işlər nazirinin müavini Oruc Zalov Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyaları (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursda çıxışı zamanı deyib.


“Çalışırıq və çalışmalıyıq ki, səsvermə gününə 2-3 gün qalmış belə, adı seçicilər siyahısında olan, lakin, şəxsiyyət vəsiqəsi olmayan seçicilər sözügedən sənədlə təmin olunsun. Hesab edirəm ki, burada ciddi problem yoxdur. Biz eyni zamanda istəyirik ki, seçkilərdə iştirak edəcək seçicilərin – vətəndaşların hər birinin hüququnu təmin edək. İnanıram ki, biz bu işi elə yüksək səviyyədə keçirəcəyik ki, bir çox ölkələrdə belə bunu etmək mümkün deyil”.

O. Zalov bildirib ki, seçkilərə 2-3 gün qalmış bülletenlər seçki komissiyalarına paylanacaq: “Bu prosesə hər hansı müdaxilənin baş verməməsi, təhlükəsizliyin tam təmin olunması istiqamətində də DİN seçki komissiyaları ilə qarşılıqlı şəkildə fəaliyyət göstərəcək”.

Nazir müavini deyib ki, seçki kampaniyası çərçivəsində partiya və siyasi təşkilatların toplantı keçirdiyi yerlərdə təhlükəsizlik tam şəkildə təmin olunacaq: “Qanunsuz aksiyaların qarşısı isə müvafiq qaydada alınacaq. Siyasi partiya və namizədlər yerli icra orqanları tərəfindən onlara ayrılan yerlərdə tam sərbəst şəkildə mitinq keçirə, seçicilərlə görüşə bilərlər. Biz bu tədbirlərin təhlükəsizliyini təmin etməyə hazırıq. Həmin ərazilərdə onların öz fikirlərini təhlükəsiz şəkildə söyləməyə imkan yaradacağıq. Lazım gələrsə və ya MSK-nın rəyi olarsa, hətta namizədlərin təhlükəsizliyini də öz üzərimizə götürə bilərik. Bununla belə, kütləvi informasiya vasitələrinin, müşahidəçilərin və exit-poll keçirənlərin işinə maneə yaradan bütün maneələr aradan qaldırılacaq. Həmçinin, pozucu qüvvələrin nümayəndələrini də vaxtında müəyyən edib, pozuculuq hərəkətlərinin qarşısını alacağıq. Güman edirəm ki, seçkiləri nə pozan olacaq, və nə də buna cəhd edən. Əgər belə hallar baş verərsə, belə şəxslər qanuna müvafiq şəkildə aşkarlanaraq, üzə çıxarılacaq və zərərsizləşdiriləcək”.

Nazir müavini sonda qeyd edib ki, sabah – iyulun 31-də DİN-nin nazir Ramil Usubovun iştirakı ilə növbəti kollegiya iclası keçiriləcək. Bu iclasda seçki məsələləri də prioritet olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR