Bank Of Baku

Prezident Oğuz şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edib - FOTOSESSİYA

Prezident Oğuz şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edib - <span style="color: red;">FOTOSESSİYA
# 14 avqust 2013 18:03 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev bu gün Oğuz şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edib. APA-nın məlumatına görə, Oğuz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinə baxıb.

 

Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Agentliyinin direktoru Əli Məmmədov bildirib ki, Oğuz şəhərinə içməli su xəttinin çəkilməsi layihəsi üzrə işlərə 2010-cu ilin noyabrında başlanılıb. Rayonun su təchizatı sistemlərinin yenidən qurulması üçün mühəndis-axtarış işlərinin işçi layihələndirmə səviyyəsində dəqiqləşdirilməsi və işçi layihələrin işlənməsi Azərbaycan-Türkiyə Konsorsiumu  tərəfindən icra olunub. Yeni içməli su təchizatı sistemi Oğuz şəhərini, həmçinin Bayan, Kərimli, Qumlaq, Şirvanlı, Tayıflı və Xalxalqışlaq kəndlərini əhatə edəcək. Layihəyə əsasən şəhərin 9 min, kəndlərin isə 11 minə qədər əhalisinin – ümumilikdə 19 min 739 nəfərin  su ilə fasiləsiz təmin olunması nəzərdə tutulub. 

 
Həmçinin bildirilib ki, Oğuz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı işlər üç mərhələdə aparılır. Birinci mərhələdə Sazur və Almalıq su mənbələrindən magistral boru xətti, su anbarları, xlorlama təsərrüfatı, laboratoriya və digər struktur obyektlərinin tikintisi başa çatdırılıb. İkinci mərhələdə şəhərin üç zonasında su anbarları sahəsi yaradılıb.

 

Üçüncü mərhələ çərçivəsində isə gün ərzində məhsuldarlığı 2500 kubmetr olacaq çirkab sutəmizləyici qurğular kompleksinin tikintisi və texnoloji sistemlərin quraşdırılması işləri aparılır. Görülən işlərlə tanış olan prezident İlham Əliyev şəhərə içməli suyun verilməsini bildirən düyməni basıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR