Azərbaycan prezidentinin müdafiə məsələləri üzrə köməkçisi Vahid Əliyev vəzifəsindən azad olunub.
APA-nın məlumatına görə, onun səlahiyyətləri Fuad Ələsgərova həvalə olunub.
F. Ələsgərov prezidentin hüquq-mühafizə orqanları və hərbi məsələlər üzrə köməkçisi təyin olunub.