Bank Of Baku

Qaradağ rayonunda yol tikintisinə 2 mln. manat ayrılıb

Qaradağ rayonunda yol tikintisinə 2 mln. manat ayrılıb
# 30 iyul 2016 16:22 (UTC +04:00)

Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhəri Qaradağ rayonunun Lökbatan-Qobu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

 

APA-nın məlumatına görə, 47 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Lökbatan-Qobu avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində "Avtomobil Yolları" Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 2 mln. manat ayrılıb.

 

Maliyyə Nazirliyi və "Azəravtoyol" ASC bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR