Bank Of Baku

Referendumda müşahidə aparılmasına dair ərizələrin qəbulu müddəti başa çatır

Referendumda müşahidə aparılmasına dair ərizələrin qəbulu müddəti başa çatır
# 15 sentyabr 2016 10:09 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Sabah Konstitusiyaya dəyişikliklə əlaqədar sentyabrın 26-a təyin edilmiş referendumda Azərbaycanın bütün ərazisində müşahidə aparılmasına dair ərizələrin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi üçün ayrılan müddət başa çatır.

 

APA-nın məlumatına görə, Seçki Məcəlləsinə əsasən aktiv seçki hüququna malik Azərbaycan vətəndaşı (öz təşəbbüsü ilə, referendum üzrə təşviqat qrupunun, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında) və beynəlxalq (xarici) müşahidəçilər (qanunla müəyyən edilmiş qaydada MSK-da qeydiyyatdan keçməklə) referendumun elan edildiyi gündən başlayaraq səsvermənin keçirilməsi gününə 10 gün qalanadək Azərbaycanın bütün ərazisində müşahidə aparılmasına dair ərizələrini MSK-ya təqdim etməlidir.

 

Referendumla əlaqədar bu müddət sentyabrın 16-dək olan dövrü əhatə edir. Bu gün səsvermə gününədək seçki komissiyalarının iclaslarını müşahidə etmək üçün xüsusi icazə almaqdan ötrü MSK-ya müraciət edilməsi üçün ayrılan müddət də başa çatır. Aktiv seçki hüququna malik Azərbaycan vətəndaşı (öz təşəbbüsü ilə,  referendum üzrə təşviqat qrupunun, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında) referendumun təyin edildiyi gündən başlayaraq səsvermənin keçirilməsinə 10 gün qalanadək, yəni sentyabrın 16-dək səsvermə gününədək seçki komissiyalarının iclaslarını müşahidə etmək üçün xüsusi icazə almaqdan ötrü MSK-ya müraciət etməlidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR