Bank Of Baku

Sabah referendumqabağı təşviqat dayandırılacaq

Sabah referendumqabağı təşviqat dayandırılacaq
# 24 sentyabr 2016 08:00 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Sabah Konstitusiyaya dəyişikliklər edilməsi məqsədilə sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar təşviqatın aparılması üçün ayrılan müddət başa çatır.

 

APA-nın məlumatına görə, Seçki Məcəlləsinə əsasən referendum üzrə qeydə alınmış təşviqat qrupları tərəfindən təşviqatın aparılmasına  səsvermə gününə 23 gün qalmış başlanmalı, səsvermənin başlanmasına 24 saat qalanadək proses dayandırılmalıdır.

 

Sentyabrın 26-na təyin edilmiş referendumla əlaqədar referendumqabağı təşviqata sentyabrın 3-də başlanıb. Təşviqat sentyabrın 25-də, saat 08.00-da dayandırılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR