Bank Of Baku

Seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların iştirakçıları Bakı Apellyasiya Məhkəməsinin sədri ilə görüşüblər - VİDEO

Seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların iştirakçıları Bakı Apellyasiya Məhkəməsinin sədri ilə görüşüblər - <span style="color: red;">VİDEO
# 01 avqust 2013 08:17 (UTC +04:00)

APA-nın məlumatına görə, görüşdə İman Nağıyevin “Seçki hüququnun apellyasiya məhkəmə instansiyasında müdafiəsi (apellyasiya şikayəti, icraat qaydası, müddətlər, sübutlar, sübutetmə yükü və s.)” mövzusunda məruzəsi dinlənilib.

 

İ. Nağıyev deyib ki, hazırda ölkədə 5 apellyasiya məhkəmə instansiyası fəaliyyət göstərməsinə baxmayaraq, işlərin böyük hissəsinə mərkəzi apelyasiya qurumu kimi Bakı Apellyasiya Məhkəməsində baxılır.

Onun sözlərinə görə, qanunvericiliyə edilən dəyişikliyə əsasən, artıq məhkəmələrə verilən şikayətlər üzrə baxılan işlərdə sübut etmə vəzifəsi seçki komissiyalarının üzərinə düşüb: “2012-ci ilə qədər şikayətlərə Mülki Prosessual Məcəlləyə əsasən baxılırdısa, artıq bu proses İnzibati Prosessual Məcəllə ilə tənzimlənir və şikayətlərə inzibati məhkəmələrdə baxılır. Qanunvericilikdə edilən dəyişikliyə görə, məhkəmə prosesində seçki komissiyalarının qərarlarının qanunauyğunluğunu komissiyaların özləri sübut etməlidir”.

İ. Nağıyev ölkədə keçirilən seçkilər zamanı Bakı Apellyasiya Məhkəməsinə edilən şikayətlər haqda da məlumat verib: “Apellyasiya Məhkəməsinə 2008-ci ildə keçirilən prezident seçkilərində 5, 2009-cu ildə Konstitusiyada dəyişikliklə əlaqədar keçirilən Referendumla əlaqədar 3, bələdiyyələrə keçirilən seçkilərlə bağlı 16, 2010-cu ildə keçirilən parlament seçkiləri ilə əlaqədar 190 iş daxil olub. Bunlardan 160-na baxılaraq, müvafiq qərarlar verilib. 25 iş isə şikayət zamanı prosessual qaydalara riayət edilmədiyindən icraata götürülməyərək, geri qaytarılıb”.

O qeyd edib ki, Bakı Apellyasiya Məhkəməsində seçkilərlə əlaqədar baxılan işlər qanunvericiliyin tələblərinə riayət edilməklə aparılıb.

İ. Nağıyev Bakı Apellyasiya Məhkəməsində baxılan bəzi işlərdə maraq doğuran məqamlar haqda da kurs iştirakçılarını da məlumatlandırıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR