Bank Of Baku

Səfir Elin Süleymanov Ağ Evdə təşkil edilmiş iftar mərasiminə qatılıb

Səfir Elin Süleymanov Ağ Evdə təşkil edilmiş iftar mərasiminə qatılıb
# 27 iyul 2013 00:56 (UTC +04:00)

Bakı-APA. İyulun 25-də Azərbaycanın Vaşinqtondakı səfiri Elin Süleymanov ABŞ prezidenti Barak Obamanın dəvəti ilə Ağ Evdə təşkil edilmiş iftar mərasimində iştirak edib. Tədbirdə həmçinin diplomatik korpusun nümayəndələri, eləcə də müsəlman icmasının üzvləri də iştirak ediblər. Bu barədə APA Azərbaycanın ABŞ-dakı səfirliyinə istinadən məlumat verir.

 

Tədbir zamanı prezident B.Obama ABŞ-ın müsəlman dövlətləri və xalqları ilə dost münasibətlər saxladığını və cəmiyyətdə dini və etnik rəngarəngliyin təcəssümü olan adət-ənənələrə hörmətlə yanaşdığını qeyd edib.

 

Qeyd edək ki, bundan öncə Dövlət katibi Con Kerri tərəfindən verilmiş iftar məclisində də Azərbaycan təmsil olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR