”Mitinqə yığışanların bir hissəsi əvvəllər cinayət törədib, həbs olunanların yaxınları, digərləri isə ordakı siyasi partiya rəhbərlərinin qohumlarından ibarət idi. Siyasi baxışa, siyasi əqidəyə görə toplaşan insan yox idi. Mitinqə baxanda sönüklük görünürdü. Digər tərəfdən, çıxışların özündə şər, böhtan, qarayaxma vardı və bunlar heç nəyə əsaslanmırdı”.
Bu sözləri Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Milli Şuranın bu gün keçirilən mitinqini APA-ya şərh edərkən deyib.
S. Novruzov bildirib ki, bugünkü mitinq Ermənistan rəhbərliyinin sifarişi ilə keçirilib: “Xüsusilə mən qeyd etmək istərdim ki, cənab prezident İlham Əliyevin ABŞ-a çox uğurlu səfəri, orada Ermənistan rəhbərliyinin cinayətkar olması, BMT qətnamələrini yerinə yetirməməsi ilə bağlı çıxışından sonra Ermənistanda çox ciddi ab-hava yaranıb. Hazırda Ermənistanda o cinayətkar rejimə qarşı çox böyük kampaniya aparılır. Bu gün isə Azərbaycanda bir qrup mitinqdə elə bil Serj Sarkisyanın yazdığını oxuyurdu. Azərbaycan ordusu bu gün kifayət qədər silaha və gücə malikdir. Cənab prezident də çıxışında qeyd etdi ki, lazım gəlsə, Ermənistan cəzalandırılacaq. Amma mən mitinqdə şahidi oldum ki, Ermənistanın işğalçı olması, Xocalı soyqırımı törətməsi ilə bağlı bir kəlmə də olsun fikir işlənmədi. Dedilər ki, Azərbaycan guya yararsız silahlar alır. Azərbaycan bu gün Pakistan, İsrail və digər ölkələrdən müasir silahlar alır. Bütün dünya Azərbaycanın gücünü etiraf edir, bunlar isə Ermənistan ictimaiyyətini sakitləşdirməyə çalışırlar ki, Azərbaycanın silahları köhnə və yararsızdır. Hansı siyasi partiyanın lideri məsələni bu cür qoya bilər? Ancaq erməniyə xidmət edən qüvvələr. Bax, biz bunun şahidi olduq”.
Aksiyada səslənən fikirlərə münasibət bildirən S. Novruzov qeyd edib ki, AXCP sədri Əli Kərimli özü korrupsiya ilə məşğuldur: "Korrupsiya ilə məşğul olan, siyasi mühacir bileti satan Əli Kərimli korrupsiyadan danışır. Onun müavini Gözəl Bayramlının Gürcüstana 41 dəfə səfər etməsi, oradan pullar alması da bir daha sübut edir ki, bunlar Ermənistan rəhbərliyi tərəfindən maliyyələşdirilir və ölkədə sabitliyi pozmaq istəyirlər. Əli Kərimli mitinqdə hesabat versin görək, 20 ildir işləmədiyi halda özünü, cangüdənlərini nə ilə saxlayır? Övladları ən bahalı institutlarda oxuyur, ABŞ-da yaşayırlar. Bu pulları haradan alırlar? Bu, digərlərinə də aiddir. Jurnalistlərlə bağlı fikir deyirlər. Hansı ölkədə dövlət jurnalistlərə ev verir? Hansı ölkədə qeyri-hökumət təşkilatları, siyasi partiyalar dövlət tərəfindən maliyyələşir? Bunların hamısını cənab prezident 200 dövlət başçısının iştirak etdiyi BMT-nin iclasında deyib. Hansısa 200-300 adamın iştirak etdiyi mitinqdə yox. Bunlar heç öz hesabatlarını verə bilmirlər. Halbuki, Əli Kərimlinin öz partiyasının üzvləri onu korrupsiyada ittiham edirlər. Ona görə də, mitinqdəki fikirlərin heç bir əhəmiyyəti yoxdur".
Siyavuş Novruzov: “Mitinq Ermənistan rəhbərliyinin sifarişi ilə keçirilib”
Daxili siyasət
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Parlamentin payız sessiyası çərçivəsində komitə iclasları başlayır
İnvestisiya Holdinqinin Baş icraçı direktoru vəzifəsindən azad olunub
YAP-ın VIII Qurultayına hazırlıq başlayıb
Xəbər Lenti
2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib
Xarici diplomatlar Şuşada tikilməkdə olan Yeni Şuşa məscidi ilə tanış olublar - FOTO
Obyekt almaq istəyənlər üçün Bakıda yeni seçimlər – hansı ərazilərdə?
Reabilitasiya mərkəzinin əməkdaşları üçün maarifləndirmə tədbiri keçirilib
2027-cı ilin büdcə zərfi Nazirlər Kabinetinə təqdim olunacaq
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verəcək
Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri elan olunub
BOTAŞ və SOCAR qaz ticarəti üzrə mövcud sazişlərin müddətini uzatmaq üzərində işləyir
Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri elan edilib
Lukaşenko: Belarus ordunun döyüş hazırlığını yoxlayacaq
"Bank Respublika" "AccessBank"ın səhmlərinin 100%-ni alır
Səfir: Britaniya ilə Azərbaycan arasında süni intellekt və texnologiya sahəsində maraqlı layihələr var
Gürcüstanda əcnəbilər ali məktəblərə imtahansız qəbul ola biləcəklər
Diplomatik korpus nümayəndələri “AzCotton” MMC-nin tikiş fabrikinə baş çəkiblər - FOTO
Bir 1000-dən çox gənci “Spark ’26” festivalında bir araya gətirib
Xarici diplomatlar Qarabağ Universitetində olublar - FOTO
FHN Lənkəranda seminar-müşavirə keçirib
NİİM ötən gün Hövsan yolundakı sıxlığa münasibət bildirib, sürücülərə çağırış edib
Dövlət qurumunun adından saxta sənəd hazırlayaraq 250 min manatlıq dələduzluq edən şəxs saxlanılıb
Bakıda ərini qətlə yetirib həyətdə basdıran qadına hökm oxunub
Aİ-nin xüsusi nümayəndəsi: Sülhə gedən yolda Azərbaycana necə dəstək ola biləcəyimiz müzakirə olunur
Fransa səfiri: Azərbaycanın Qarabağdakı yenidənqurma işlərinin miqyasını görmək çox təsiredicidir
Paşinyan: Kərki də digər anklavlar kimi Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinə daxil olmayıb
Bayraktar: SOCAR-la TPAO “Şəfəq-Asiman” və “Qarabağ” yataqları üzrə əməkdaşlığı genişləndirəcək
Nazir: “TANAP-ın elektrik versiyası” Azərbaycanı Bolqarıstanla birləşdirəcək
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
Alparslan Bayraktar: Hörmüz böhranı enerji əməkdaşlığının əhəmiyyətini daha da artırır
Pərviz Şahbazov: Azərbaycan və Türkiyə enerji əməkdaşlığını elektrikləşmə mərhələsinə daşıyır
Xankəndidə əmək yarmarkasında 222 vakansiya təqdim olunub
Nazir: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir
Baba Rzayev: Cəbrayıl-Ağbənd 330 kV-luq elektrik xəttinin tikintisi başa çatmaq üzrədir
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilib, protokol imzalanıb - YENİLƏNİB
Parlamentin şöbə müdiri: Hazırki təhsil sistemində 3 illik bakalavriata keçid mümkün deyil
Rövşən Nəcəf: Azərbaycan-Türkiyə Enerji Forumu mühüm əməkdaşlıq platformasıdır
Pərviz Şahbazov: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı strateji məzmun qazanıb
Təhsil kreditinin meyarlarına yenidən baxılması təklif olunub
Azərbaycan-Türkiyə-Gürcüstan-Bolqarıstan yaşıl elektrik layihəsi üzrə hökumətlərarası saziş imzalana bilər
Bayraktar: Naxçıvan üzərindən Azərbaycan-Türkiyə elektrik bağlantısı layihəsi tətbiq mərhələsinə yaxınlaşır
Alparslan Bayraktar: Azərbaycan və Türkiyə elektrik sistemlərinin daha sıx inteqrasiyasını hədəfləyir
Xalq artisti Şəfiqə Məmmədova: İttifaq daxilində bir çox çətinliklər və problemlər var
Türkiyənin “Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizi layihəsində iştirakı nəzərdə tutulur
Nazir: Zəngəzur dəhlizi ilə Azərbaycan və Türkiyə arasında yeni elektrik bağlantısı yaradılacaq
Azərbaycandan Türkiyəyə və beynəlxalq bazarlara ixrac olunan neft-qazın həcmi açıqlanıb
Sabah 31 dərəcə isti olacaq
Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən şəxslərə hökm oxunub
Müvəqqəti işlər vəkili ABŞ-Azərbaycan münasibətlərində hazırda çoxsaylı proseslərin baş verdiyini bildirib
Emi Karlon: Xankəndiyə ikinci dəfə səfər edirəm, ötən müddətdə yeni inkişafın şahidi oldum
Emin Əmrullayev: Müəllimlərin 90 faizdən çoxu sertifikatlaşdırmadan keçib