Bank Of Baku

Üç milyondan çox miqrant Rusiyaya giriş hüququndan məhrum ola bilər

Üç milyondan çox miqrant Rusiyaya giriş hüququndan məhrum ola bilər
# 05 avqust 2013 18:59 (UTC +04:00)

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Federal Miqrasiya Xidmətinin (FMX) xarici vətəndaşlarla işin təşkili departamentinin rəis müavini Dmitri Demidenko bildirib.      

 

“2013-cü ilin əvvəlindən biz 145 mindən çox əcnəbiyə Rusiyaya girişinə qadağa tətbiq etmişik. Biz bu işi davam edəcəyik”, deyə Demidenko vurğulayıb.

 

Onun sözlərinə görə, FMX-nın informasiya resurslarına əsasən, Rusiya ərazisində müəyyən olunmuş vaxtdan çox qalan, əmək statusunu rəsmiləşdirməyən və risk qrupuna aid edilən miqrantların sayı 3 milyondan çoxdur.  

 

“Gələcəkdə bütün bu şəxslər Rusiyaya giriş hüququndan məhrum olunmalıdır” deyə Demidenko bəyan edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR