Bank Of Baku

VİP Siyasi Şurasının iclası keçirilib

VİP Siyasi Şurasının iclası keçirilib
# 05 avqust 2013 12:38 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. Vətəndaş və İnkişaf Partiyası (VİP) Siyasi Şurasının iclası keçirilib.

VİP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda ölkədəki ictimai-siyasi vəziyyət, VİP-in prezident seçkilərinə hazırlıq istiqamətində fəaliyyəti və digər məsələlər müzakirə olunub.

Ə.Əliyev hakimiyyətin və müxalifətin seçki hazırlıqlarını təhlil edərək, VİP-in bu çərçivədə tutduğu mövqenin özünü tam doğrultduğunu bildirib.

İclasda VİP sədri, prezidentliyə namizəd Əli Əliyevin Seçki Qərargahının yaradılması ilə bağlı qərar qəbul olunub. Siyasi Şuranın üzvü Büllur Hümbətov Əli Əliyevin Seçki Qərargahının sədri təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR