Bank Of Baku

Xaçmazda yaşayış evi yanıb

Xaçmazda yaşayış evi yanıb
# 08 noyabr 2016 14:53 (UTC +04:00)

Xaçmaz rayonunda yanğın hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qarğalıq kəndində qeydə alınıb. Kənd sakini, 1980-ci il təvəllüdlü Cavid Tağıyevə məxsus ümumi sahəsi 140 kvadratmetr olan iki mərtəbəli yaşayış evi yanıb.

 

Yanğının söndürülməsi üçün əraziyə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını cəlb olunub. Yanğının daha geniş əraziyə keçməsinin qarşısı alınıb.

 

Yanğının səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR