Bank Of Baku

YAP-ın Ailə, qadın məsələləri komissiyasının 2014-cü il üçün fəaliyyət planı qəbul olunub

YAP-ın Ailə, qadın məsələləri komissiyasının 2014-cü il üçün fəaliyyət planı qəbul olunub
# 14 fevral 2014 15:59 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Yeni Azərbaycan Partiyasının (YAP) Ailə, qadın məsələləri komissiyasının iclası keçirilib. YAP-dan APA-ya verilən məlumata görə, komissiyanın sədri, YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Nurlana Əliyeva bildirib ki, komissiyanın 2014-cü il üçün fəaliyyət planında bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bu tədbirlər sırasına “Qadınların əmək hüquqları” mövzusunda dəyirmi masa, “Yaşlı nəslin təcrübəsindən faydalanaq”, “Kənd və rayon yerlərində qadınların ictimai-siyasi fəallığının artırılması” və “Sosial şəbəkələr və milli-mənəvi dəyərlərimiz” mövzularında konfransların keçirilməsi daxildir.

 

Müzakirədən sonra YAP-ın Ailə, qadın məsələləri komissiyanın 2014-cü il üçün fəaliyyət planı təsdiq olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR