Bakı. Mübariz Aslanov - APA. “Rusiya prezidenti Vladimir Putinin Bakı səfərinin onun seçkilərdə İlham Əliyevə dəstək verməsi ilə əlaqələndirilməsi tamamilə yanlışdır. Bununla bağlı müxalif mətbuatın yazdıqları uydurmadır. İlham Əliyevə yalnız Azərbaycan xalqı dəstək verir”.
APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi, deputat Əli Əhmədov deyib.
Ə. Əhmədovun sözlərinə görə, müşahidələr göstərir ki, Azərbaycan seçicilərinin tam əksəriyyəti İlham Əliyevi dəstəkləyir: “YAP sədri İlham Əliyev müxalifətdən fərqli olaraq dəstəyini Azərbaycandan kənarda deyil, Azərbaycanın daxilində qazanıb. Bu dəstək də İlham Əliyevə seçkilərdə uğur qazanması üçün kifayət edir. Başqa dəstəyə ehtiyac yoxdur”.