Bank Of Baku

YAP rayon təşkilatlarında referendumla bağlı təşəbbüs qrupları yaradılır

YAP rayon təşkilatlarında referendumla bağlı təşəbbüs qrupları yaradılır
# 29 iyul 2016 09:26 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Yeni Azərbaycan Partiyasının (YAP) Ucar, Gədəbəy, Xaçmaz, Qubadlı və Nərimanov rayon təşkilatlarında sentyabrın 26-da keçiriləcək referendumla bağlı toplantılar keçirilib. 

 

YAP-dan APA-ya verilən məlumata görə, iclaslar zamanı bildirilib ki, “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı Layihəsinin ümumxalq səsverməsinə (referenduma) çıxarılması barədə dövlət başçısının sərəncamı istər qanunvericilik, istər icra, istərsə də vətəndaşların hüquq və azadlıqları, onların təhlükəsizliyinin təminatı ilə bağlı müəyyən məsələlərin konstitusion normalarla möhkəmləndirilməsi zərurətindən irəli gəlir.

 

Sözügedən rayon təşkilatlarında referendumla bağlı təşəbbüs qrupları da yaradılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR