Bank Of Baku

Zahid Oruc: “Azərbaycanlı deputatların adının “nurçular”la hallanması təxribatdır”

Zahid Oruc: “Azərbaycanlı deputatların adının “nurçular”la hallanması təxribatdır”
# 25 fevral 2014 09:49 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan parlamentinin bu gün keçirilən iclasında son vaxtlar 20-yə qədər azərbaycanlı deputatın “Fətullah Gülən camaatı”nın üzvü olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirilib.

 

APA-nın məlumatına görə, deputat Zahid Oruc çıxışında deyib ki, bu siyahıda adları hallanan deputatların kimliyindən asılı olmayaraq, belə məsələnin qabardılması Azərbaycanla Türkiyə arasındakı münasibətlərə mənfi təsir göstərir: “Hətta bu deputatlara hər ay vəsait ödənildiyi də qeyd edilir. Mən hesab edirəm ki, bütün bunlar Azərbaycan deputatlarına qarşı təxribatdır. Çünki “Fətullah Gülən camaatı”nın, “nurçular”ın Azərbaycanda yalnız təhsil sektorunda müəyyən təsirləri var, başqa sahədə maraqları yoxdur”.

 

Sədr Oqtay Əsədov isə Zahid Orucun çıxışına sərt reaksiya verib: “Deyirsən, bu, təxribatdır, qeyri-ciddi söhbətdir. Əgər qeyri-ciddi söhbətdirsə, niyə bunu burada səsləndirirsən?! Nəinki sənin o dediklərinin, heç belə çıxışın da bu iclasda yeri yoxdur”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR