APA-nın məlumatına görə, bu fikirləri dairə seçki komissiyalarının (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların açılış mərasimində Prezidenti Administrasiyası rəhbərinin müavini, Regional idarəetmə və özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev bildirib.
Z. Nağdəliyev deyib ki, Azərbaycanda seçkilərin demokratik şəkildə keçirildiyi həm ölkə, həm də dünya ictimaiyyətinə məlumdur. O, DSK-larda monitorinq keçirildiyini, çatışmazlıqların
Z. Nağdəliyev qeyd edib ki, ötən seçkilərdə məntəqələrin 10 faizində seçkilərin gedişini internet vasitəsi ilə izləmək mümkün idisə, qarşıdan gələn prezident seçkilərində bu rəqəm 20 faizə qaldırılacaq: “Azərbaycanda seçkilər şəffaf keçirilməlidir. Bizim hazırlığımız da buna imkan verir. Seçicinin adı siyahıda olmasa, sonuncu günə kimi öz adını siyahıya əlavə etdirə bilər. Dünyanın bir çox inkişaf etmiş ölkələrində belə imkan yoxdur. Elə etməliyik ki, hamı yüksək peşəkarlığın şahidi olsun. Dünya görsün ki, Azərbaycanda seçkilər necə demokratik, şəffaf, ədalətli keçirilir”.