Türkiyə-Ermənistan sərhədindəki Əlican kəndində ermənilər tərəfindən qətlə yetirilmiş Azərbaycan türklərinin anım mərasimi keçirilib - YENİLƏNİB - FOTOSESSİYA
Mitinqdə İğdırda yaşayan Axısxa türkləri də iştirak ediblər. Aksiya Türkiyənin İstiqlal marşı və Azərbaycanın dövlət himninin səslənməsi ilə başlayıb.
Tədbiri Əsilsiz erməni soyqırımı iddialarına qarşı Mücadilə Dərnəyinin rəhbəri Göksel Gürbey açıb. O deyib ki, ermənilər 1915-1918-ci illərdə Anadolunun ən müxtəlif bölgələrində soyqırımı törədiblər: “Onların ən çox soyqırımı törətdiyi yerlərdən biri də İğdırdır. Burada 16 toplu məzarlıq aşkarlanıb. Onlardan Oba, Haqmehmet, Gədikli və Daşburunda toplu məzarlıqlar açılıb, soyqırımının törədildiyi isbatlanıb”.
Türkiyə-Ermənistan sərhədlərinin açılması barədə məlumatların Azərbaycanda haqlı narahatlıq yaratdığını bildirən G. Gürbey Azərbaycan türklərini rahat olmağa çağırıb: “Qarabağ işğaldan azad olunmayana kimi sərhədlər açılmayacaq. Biz Oba, Haqmehmet, Xocalı soyqırımlarını unutmadıq, heç kim də unuda bilməz”.
Azərbaycanlıların Dayanışma Dərnəyinin başqanı Timur Səlcuq isə çıxışında İğdır-Sürməli qəzasının ən böyük soyqırımı faktlarına şahidlik etdiyini deyib: “Ermənilər hər il aprelin 24-də qondarma soyqırımı ilə bağlı iddiaları parlamentlərin gündəminə gətirirlər. Sanki onlar bizə deyil, biz onlara qarşı soyqırımı törətmişik. Buna səbəb gerçəkləri dünya ictimaiyyətinə çatdıra bilməməyimizdir. Biz səhvlərdən nəticə çıxararaq yolumuza davam etməliyik”.
T. Səlcuq onu da deyib ki, İğdırda keçirilən bələdiyyə seçkilərinin nəticələri çox acı olub: “İnsanlarımız bir-biri ilə üz-üzə gəlib”.
Azərbaycanda fəaliyyət göstərən Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri İsmayıl Ağayev deyib ki, erməniləri onların öz xisləti məhv edəcək: “Hər səhər gözlərini açıb gördükləri bu Ağrıdağ, türk bayraqları onlara zərbədir. Ermənilərin soyqırımı iddialarının cavabını İğdır camaatı bu qoşalaşmış bayraqlarla verir. Ermənilər tarixdə bir daha türklərə qarşı soyqırımı törədə bilməyəcəklər”.
Professor Vaqif Arzumanlı isə çıxışında Türkiyənin çoxsaylı vilayətləri arasında İğdırın Azərbaycan üçün ayrıca yerinin olduğunu vurğulayıb: “Türklərin bir milyon yarım ermənini öldürdüyünü iddia edənlər dünya ictimaiyyətini aldada bilərlər. Amma elm adamlarını aldatmaq olmaz. Biz əksinə, ermənilərin türklərə qarşı soyqırımı törətdiklərini isbatlayıb bütün dünyaya çatdırmalıyıq”.
Qaraqoyunlu bələdiyyə başqanı Ziyadəli Dəlikdaş isə deyib ki, Türkiyə Ermənistan sərhədlərinin açılması ilə bağlı təkbaşına qərar verə bilməz: “Ermənistan işğalı aradan qaldırmayanadək sərhədlər açılmayacaq. Sərhədlərin açılması ABŞ və Avropa Bitliyini sevindirər, bizləri isə üzər”.
İrəvan Türkiləri Dayanışma Dərnəyinin sədri Nurəddin Aras da hər il aprelin 24-də ermənilərin hay-küy qaldıraraq Türkiyəni beynəlxalq ictimaiyyət qarşısında pis vəziyyət qoymağa çalışdıqlarını xatırladaraq bildirib ki, buna qarşılıq olaraq səsimizi daha möhkəm çıxarmalıyıq: “Osmanlı imperiyası yeddi dövlətə qarşı döyüşərkən, üç qitədə yerləşən torpaqlarını itirərkən ermənilər fürsətdən istifadə edib baş qaldırdılar. Osmanlı dövləti “Mənə qarşı qalx, mən sənə heç nə etməyim” deyə biləcək bir dövlət deyildi. Bu səbəbdən ermənilərin sürgün olunmasına qərar verildi. Bu qərar vaxtında qəbul edilmiş qərar idi. Sürgün zamanı ermənilərin bir qismi pis hava şəraitindən və xəstəlikdən ölüb. Amma onlara qarşı soyqırımı törədilməyib. Biz tariximizlə hər zaman üz-üzə gəlməyə hazırıq. Ermənistan soyqırımı törədildiyini iddia edirsə, İrəvandakı, Moskvadakı arxivləri açsın. Açmırsa, o zaman sussun”.
Mitinq Azərbaycan-Türkiyə dostluğunu tərənnüm edən mahnıların oxunması ilə başa çatıb.
Xəbər Lenti
Times: Britaniyada deportasiya qərarı verilmiş 20 minə yaxın əcnəbi cinayətkar qalır
Tramp: Ukrayna ilə bağlı razılaşmaya çox yaxınıq
Sandu: Moldova Rusiya qazından tamamilə imtina edib
"Nvidia" rəhbəri casusluqda şübhəli bilinən qadınla münasibətinə görə araşdırmaya cəlb olunub
Tramp öldükdən sonra cənnətə düşəcəyinə ümid edir
Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur
Rubio Əbu-Dabi danışıqlarından gözləntiləri və əsas müzakirə mövzusunu açıqlayıb
Əbu-Dabidə keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibi məlum olub
Tramp miqrantların deportasiyası siyasətinin həddindən artıq sərt olduğunu etiraf edib
“Qalatasaray”ın keçmiş futbolçusu Cevad Prekazi vəfat edib
Tramp: İranın Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi qrup fəaliyyətə başlayıb
Gəncədə 41 yaşlı kişi bıçaqlanıb
Almaniyada tələbələr noyabrın 20-də kütləvi tətil keçirməyi planlaşdırırlar
İstanbul ve Bursada tarixi tikililər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Rusiya bir gündə Ukraynaya məxsus 50 PUA-nın vurulduğunu açıqlayıb
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - VİDEO
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İranın Qeşm adasında 4 partlayış baş verib
İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar
Dublində avtomobil yeniyetmələrin üzərinə sürülüb, 8 nəfər xəsarət alıb
İran ABŞ-la təmasların dayandırılmasının səbəbini açıqlayıb
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Tramp: İranla genişmiqyaslı müharibənin yenidən başlaması ehtimalı azdır
ABŞ Konqresində demokratların lideri Pentaqon rəhbərinin impiçmentini dəstəkləyib
Al Arabiya: İraq nümayəndə heyəti ABŞ-ın mesajını İrana çatdırıb
Əraqçi: İran ABŞ-a Hörmüz boğazı ilə bağlı şərt qoyub
Naxçıvanda Zəfər Gününün 6 illiyi münasibətilə konsert və atəşfəşanlıq təşkil olunub
Xankəndidə Zəfər Günündə bayram konserti keçirilib - FOTO
İsrail Prezidenti Qadi Ayzenkota hökuməti formalaşdırmaq mandatı verib
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO
Hulusi Kılıç: Ərdoğan və Əliyevin Şuşadan verdiyi qardaşlıq mesajı bütün Türk dünyasının qürurudur
Misirdə sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Türkiyə mediası: Prezident İlham Əliyev COP31 sammitində iştirak edəcək
İstanbulda “15 Temmuz” körpüsündə Azərbaycan bayrağı proyeksiya olunub
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
Azərbaycan və Türkiyə prezidentləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO - YENİLƏNİB
Yeni Zelandiyada parlament seçkilərinin qalibi müəyyənləşməyib
Türkiyə Super Liqası: “Fənərbaxça” səfərdə böyük hesablı qələbə qazanıb
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb - VİDEO
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır - FOTO
İranda partlayışlar baş verib, Hörmüz boğazında gəmilərə hücum edilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO - VİDEO - YENİLƏNİB
Qazaxda yük avtomobilinin sürücüsü sükan arxasında ölüb
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib