“Qafqazda “erməni məsələsi”. 1724-1914. Rusiya arxiv sənədləri və nəşrləri üzrə” üçcildliyi Londonda nəşr edilib
Topluda dünya tarixşünaslığında ilk dəfə olaraq Qafqazda “erməni məsələsi” xüsusi problem kimi irəli sürülür. Bu problem Rusiya Dövlət Tarix Arxivi (Sankt-Peterburq) və Rusiya Dövlət Hərbi Tarix Arxivindən (Moskva) aşkar edilmiş‚ uzun müddət “məxvi” və “tamamilə məxvi” qrifi ilə mühafizə olunan müxtəlif arxiv işlərindən toplanmış üç yüzə qədər nadir sənəd‚ dövri mətbuat materialları və nəşrlər əsasında kompleks şəkildə təqdim edilir. Topluda verilmiş sənəd və materialların böyük əksəriyyəti ilk dəfədir ki‚ geniş ictimaiyyət və elmi dairələrin mühakiməsinə verilir. Bu yeniliklər ümumən “erməni məsələsi” anlayışına‚ o cümlədən Qafqazda “erməni məsələsi”nə fərqli yanaşmağa imkan verir.
Topluda verilmiş sənəd və materiallar bir daha sübut edir ki, ermənilər Qafqazda gəlmə xalq olub. Qafqazda “erməni məsələsi” onların məqsədyönlü şəkildə buraya köçürülməsilə başlayıb. I Pyotrun 1724-cü il 10 noyabr tarixli fərmanı ilə genişlənən bu proses XIX əsrin əvvələrindən müntəzəm hal alıb. Qafqazdakı rus qoşunlarının komandanı Paskeviç Baş Qərəgah rəisinə 1828-ci il 26 may tarixli raportunda yazırdı ki, ermənilərin köçürülməsi uğurla həyata keçirilir, artıq Qarabağda 279 və İrəvan vilayətində 948 ailə məskunlaşdırılıbr. Polkovnik Lazarevin təminatına görə, bu rəqəm beş min ailədən artıq olacaq. (I cild, səh. 112, 114) Ermənilərin Qafqazda sayı artdıqca onlar ərazi iddiaları və separatizm məqsədlərini‚ mifik “Böyük Ermənistan” xülyasını həyata keçirməyə cəhdlər etməyə çalışıb. Bu zaman bəşəriyyətə qarşı ən ağır cinayət hesab olunan soyqırımı və terror aktlarından istifadə edilib. Ermənilərin 1905 - 1906-cı illərdə azərbaycanlılara qarşı törətdikləri soyqırım burada xüsusi yer tutur. Toplunun II cildi bilavasitə bu hadisələrə həsr olunub. Nadir sənədlərdən 1905-1906-cı illər hadisələrinin miqyası və coğrafiyası haqqında tam təsəvvür yaradlr. Qeyd edilən sənədlərdən birində, Yelizavetpol (Gəncə) Dairə Məhkəməsinin Tiflis Məhkəmə Palatasının Prokuroruna 1906-cı il 5 yanvar tarixli təqdimatında yazılıb ki‚ bu ilin yanvarın 1-nə keçən gecə ermənilərdən ibarət üç minlik kütlə azərbaycanlıların Gədəbəy kəndinə basqın edib‚ yüzə yaxın kişi‚ qadın‚ uşağı kəsib-doğrayan bu kütlə bütün evlərə od vurub‚ azərbaycanlıların daşınan əmlakını qarət ediblər (II cild, səh. 510).
“Erməni məsələsi”ndə erməni-qiriqoriyan kilsəsi və Daşnaksütun partiyasının oynadığı rola dair sənədlər və materiallar kompleksidə xüsusi qeyd edilməlidir. (I cild, 15-18 saylı sənədlər; III cild, 7-9 saylı sənədlər)
Rusiya arxiv sənədləri Qafqazla bərabər Türkiyədə də “erməni məsələsi”nin əsl mahiyyətnin aşkar edilməsi üzrə olduqca mühüm faklarla zəngindir. Ərzurumdakı Baş Konsulluğun katibi 1903-cü ilin aprelində məlumat verirdi ki, Tiflis erməniləri rusları Türkiyə ilə tezliklə müharibəyə başlamağa məcbur etmək üçün iğtişaşlar törədiblər: Erməni komitələri rusların Ərzurum vilayətini tutmağa tələsməməsindən çox narazıdır. (I cild, səh. 499)
“Erməni məsələsi” adlandırılan problemin əsassız olaraq gündəmdə qalmasına onun əsl mahiyyətinin dünya ictimaiyyətinə düzgün çatdırılmaması və həqiqətlərin təhrif edilməsi də səbəb olub. Daşnaksütun partiyasının üzvləri üzərində 1912-ci ildə Peterburqda keçirilən məhkəmə prosesinə dair dövrün ən başlıca kütləvi informasiya vasitələrinin materialları ictimai fikrin nümunəsi kimi diqqətə layiqdir. “Русское знамя” qəzetindəki məqalədə yazılırdı ki‚ çox-çox təəssüflər olsun ki‚ proses bağlı qapı arxasında keçirilir: bütün rus xalqı bu proseslə bağlı hər şeyi bilməlidir və xalqdan təfsilatları gizlətmək lazım deyildir. Rus xalqı bilməlidir ki‚ ermənilər kimdir və biz kiminlə münasibətdəyik (III cild, səh. 290). Bu yanaşma yenə də aktuallığını saxlayır.
Üçcildlikdə toplanmış sənəd və materiallardakı təkzibedilməz faktlar “erməni məsələsi”nin bütün gerçəkliklərini aşkar etməyə imkan verib. İki yüz ilə qədər bir dövrü əhatə edən sənədlər “erməni məsələsi”nin dəyişən tarixi dövrlərə necə uyğunlaşmasını açıb göstərib. “Erməni məsələsi”nə dair müasir uydurmaların aydınlaşdırılması üçün bu faklar böyük əhəmiyyətə malikdır.
Xəbər Lenti
Kuba ABŞ-ın mümkün hərbi müdaxiləsinə hazırlaşır
Tramp Marko Rubionu 2028-ci il prezident seçkilərində mümkün namizədlərdən biri kimi göstərib
Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - FOTO
Tramp Heqsetin impiçmentinə qarşı çıxıb
ABŞ Venesuelada 63,7 milyard barellik neft ehtiyatlarına çıxış əldə edir
CNN: Tramp administrasiyasının Rusiya ilə əməkdaşlığı Qərbin Moskvaya təzyiqini zəiflədir
Times: Britaniyada deportasiya qərarı verilmiş 20 minə yaxın əcnəbi cinayətkar qalır
Tramp: Ukrayna ilə bağlı razılaşmaya çox yaxınıq
Sandu: Moldova Rusiya qazından tamamilə imtina edib
"Nvidia" rəhbəri casusluqda şübhəli bilinən qadınla münasibətinə görə araşdırmaya cəlb olunub
Tramp öldükdən sonra cənnətə düşəcəyinə ümid edir
Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur
Rubio Əbu-Dabi danışıqlarından gözləntiləri və əsas müzakirə mövzusunu açıqlayıb
Əbu-Dabidə keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibi məlum olub
Tramp miqrantların deportasiyası siyasətinin həddindən artıq sərt olduğunu etiraf edib
“Qalatasaray”ın keçmiş futbolçusu Cevad Prekazi vəfat edib
Tramp: İranın Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi qrup fəaliyyətə başlayıb
Gəncədə 41 yaşlı kişi bıçaqlanıb
Almaniyada tələbələr noyabrın 20-də kütləvi tətil keçirməyi planlaşdırırlar
İstanbul ve Bursada tarixi tikililər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Rusiya bir gündə Ukraynaya məxsus 50 PUA-nın vurulduğunu açıqlayıb
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - VİDEO
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İranın Qeşm adasında 4 partlayış baş verib
İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar
Dublində avtomobil yeniyetmələrin üzərinə sürülüb, 8 nəfər xəsarət alıb
İran ABŞ-la təmasların dayandırılmasının səbəbini açıqlayıb
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Tramp: İranla genişmiqyaslı müharibənin yenidən başlaması ehtimalı azdır
ABŞ Konqresində demokratların lideri Pentaqon rəhbərinin impiçmentini dəstəkləyib
Al Arabiya: İraq nümayəndə heyəti ABŞ-ın mesajını İrana çatdırıb
Əraqçi: İran ABŞ-a Hörmüz boğazı ilə bağlı şərt qoyub
Naxçıvanda Zəfər Gününün 6 illiyi münasibətilə konsert və atəşfəşanlıq təşkil olunub
Xankəndidə Zəfər Günündə bayram konserti keçirilib - FOTO
İsrail Prezidenti Qadi Ayzenkota hökuməti formalaşdırmaq mandatı verib
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO
Hulusi Kılıç: Ərdoğan və Əliyevin Şuşadan verdiyi qardaşlıq mesajı bütün Türk dünyasının qürurudur
Misirdə sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Türkiyə mediası: Prezident İlham Əliyev COP31 sammitində iştirak edəcək
İstanbulda “15 Temmuz” körpüsündə Azərbaycan bayrağı proyeksiya olunub
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
Azərbaycan və Türkiyə prezidentləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO - YENİLƏNİB
Yeni Zelandiyada parlament seçkilərinin qalibi müəyyənləşməyib
Türkiyə Super Liqası: “Fənərbaxça” səfərdə böyük hesablı qələbə qazanıb
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb - VİDEO
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır