Fazil Zeynalov: “Nikola Sarkozinin prezident seçilməsinin Azərbaycan və türk diasporuna nə mənfi, nə də müsbət təsiri olmayıb”
- Nikola Sarkozi prezident seçildikdən sonra daxili siyasət göstəriciləri çox da ürəkaçan deyil, amma o, təhlükəsizlik məsələsindən istifadə edərək öz populyarlığını saxlaya bilib. Onun seçki kampaniyasının əsas prioritet istiqaməti də təhlükəsizlik məsələsi idi. Bilirsiniz ki, Fransaya mühacir axını çox yüksəkdir, mühacirlərin çoxu qeyri-leqal yaşayır və bu da bəzi təhlükəsizlik problemləri yaradır. Nikola Sarkozi seçki kampaniyası zamanı radikal millətçi və mühacirlərə mənfi münasibəti ilə tanınan Milli Cəbhə Partiyasının müəyyən tezislərini öz platformasına daxil edərək Li Penin tərəfdarlarını öz tərəfinə çəkməyə çalışdı. Bu da öz nəticəsini verdi. Sarkozinin Türkiyəyə olan münasibətinə də məhz bu nöqteyi-nəzərdən yanaşmaq lazımdır. Fransada bir çox qüvvələr Türkiyənin Avropa İttifaqına üzv olmasına qarşı çıxır, onlar Türkiyə kimi müsəlman dövlətin Avropa İttifaqına üzv qəbul olmasından qorxurlar. Bu mif də əslində bir çox siyasətçilər tərəfindən formalaşdırılır. Bu prosesdə erməni əsilli siyasətçilərin də rolu az deyil. Avropa İttifaqına “xristian klubu” kimi baxan siyasətçilər də çoxdur. Sarkozi də bütün bunları nəzərə alaraq, Türkiyənin Avropa İttifaqına qəbulu məsələsinə mənfi münasibət bəsləyir. Bu münasibət Fransadakı türk və Azərbaycan diasporunu narahat etməyə bilməz, ona görə də seçki kampaniyası zamanı bizim diaspor qurumları Sarkozinin rəqibi Seqolen Ruayalı dəstəklədilər. Baxmayaraq ki, Seqolen Ruayalın namizədliyini verən Sosialist Partiyası Sarkozini dəstəkləyən Xalq Hərəkatı Birliyindən də ermənipərəst partiyadır. Fransanın özünün daxili sosial problemləri çoxdur, yeni hakimiyyət əsas diqqəti bu istiqamətə yönəldib. Buna görə də Sarkozinin prezident seçilməsinin Azərbaycan və türk diasporuna nə mənfi, nə də müsbət təsiri olmayıb.
- Bakıda keçirilmiş Azərbaycan və Türkiyə diaspor təşkilatlarının birgə forumundan sonra Fransada bu qurumların birgə fəaliyyətində dəyişiklik baş veribmi?
- Fransada türk icmasının sayı 400 mindən çoxdur, amma Azərbaycan diasporunun sayı çox azdır. Diasporumuz getdikcə formalaşır və təşkilatlanır. Bu işdə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin və onun sədri Nazim İbrahimovun rolu böyükdür. Azərbaycan diasporu tələbələrdən, İrandan olan soydaşlarımızdan və Azərbaycandan köçmüş insanlardan ibarətdir. Saylarının azlığına baxmayaraq, soydaşlarımız çox aktiv fəaliyyət göstərirlər. Forumdan sonra təşkilatlar arasında münasibətlər sıxlaşıb, iyunda Qrenobl Universitetində keçirdiyimiz beynəlxalq konfransda türk diasporu bizə yaxından yardım etdi.
- Qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsi Senatda qəbul edilərsə, bu qanunun Fransada yaşayan türk və azərbaycanlılara təsiri necə olacaq?
- Fransa və fransız xalqı ermənipərəst deyil, amma erməni diasporunun imkanları çox böyükdür və onlar həmin imkanlardan yaxşı istifadə edirlər. Patrik Dəvəçiyan, Eduard Baladur hal hazırda hakimiyyətə yaxın insanlardır, ölkədə erməni əsilli tanınmış aktyor və müğənnilər də var. Erməni diasporu o qədər güclüdür ki, hətta Ermənistana maddi dəstək belə göstərməyə qabildirlər. Ümumiyyətlə, dünyadakı erməni diasporu Ermənistan büdcəsinə ildə 300 milyon dollardan artıq vəsait köçürür. Diasporun deputatlara təsir imkanları böyük olduğu üçün həmin qanunu Milli Assambleyadan keçirdilər. Türk-Azərbaycan diasporunun bu məsələdə əks təsir etmək imkanı yoxdur. Rəsmi Paris isə bu məsələdə neytral mövqedə dayanır, hökumət həmin qanunun Konstitusiyaya zidd olmasını əsas gətirərək Konstitusiya Məhkəməsi qarşısında məsələ qaldıra bilərdi. Çünki, bu yanaşma demokratiya nöqteyi-nəzərindən çox böyük problem yarada bilərdi. Demokratiya - insanların öz fikirlərini azad şəkildə ifadə etməsi deməkdir, qanunla insanların fikrini formalaşdırmaq qeyri-mümkündür. Bu, antidemokratik bir addımdır. Burada sadəcə olaraq erməni diasporuna əks-təsir etmək lazımdır. Bu işdə artıq bizdə çoxlu irəliləyişlər var, amma hələlik bunu ermənilər etdiyi səviyyədə edə bilmirik. Bu qanun haqqında televiziyada çoxlu müzakirələr aparılır, Milli Assambleyanın deputatı Patrik Dəvəçiyan bu müzakirələrdə aktiv iştirak edir. Çox güman ki, bu qanun Senatdan da keçəcək. Amma fransız elm adamları çox gözəl dərk edirlər ki, tarixi tarixçilər araşdırmalıdır. Tarix qanunla yazılmır, yəqin ki, bunu nə vaxtsa fransız deputatlar da nəzərə alacaqlar. Eyni zamanda erməni diasporu radikal mövqedə dayanır, halbuki bu gün Ermənistan iqtisadi cəhətdən çətin vəziyyətdədir. Ona görə də Ermənistana qonşuları ilə normal münasibətlər qurmaq lazımdır. Erməni diasporu yaxşı olar ki, münasibətləri gərginləşdirmək əvəzinə, yaxşılaşdırmağa kömək etsin.
- Azərbaycan diasporu Xocalı soyqırımının tanıdılması istiqamətində hansı işlər görür?
- Bu məsələ imkan daxilində qaldırılır, bu barədə Strasburqda, Parisdə, Qrenoblda tədbirlər keçirilir. Bu işləri görən əsasən tələbə təşkilatlarıdır, onlar çalışır ki, il ərzində bir neçə tədbir keçirsin, ancaq bu işi daim görməyə onların maddi imkanları yoxdur. Çalışmalıyıq ki, bu faciəni bütün dünyaya çatdıraq və ermənilərin iç üzünü hamıya göstərək. Bu faciə bəşəriyyətin faciəsidir, törədilən cinayətlərə görə erməni cəlladları cavab verməlidir.
- Bu ay Azərbaycan prezidenti Fransaya rəsmi səfər edəcək. Bu səfərdən nə gözləmək olar?
- Azərbaycan-Fransa münasibətlərində çox böyük inkişaf olub. Azərbaycan prezidentlərinin Fransaya etdikləri səfərlər, bu ölkənin prezidentləri ilə qurduqları əlaqələr münasibətlərə çox gözəl təsir göstərib. Fransa-Azərbaycan münasibətləri son 10 il ərzində yüksələn xətlə inkişaf edib. Bundan sonra bu münasibətlərdə daha da böyük inkişaf olacaq. Prezident İlham Əliyevin yürütdüyü siyasət Avropa institutlarına inteqrasiya siyasətidir. Bu da müəyyən sahələrdə əməkdaşlığın güclənməsinə səbəb olub. Avropa İttifaqının konkret neft strategiyası var, qurum enerji təchizatı ilə xüsusilə məşğul olur, enerji mənbələri axtarırlar. Azərbaycan isə konkret olaraq Avropaya neft və qaz nəql edən ölkə kimi tanınıb və ölkəmizə maraq güclüdür. Prezidentin Fransaya gözlənilən səfəri də digər qeyri-neft sahələrində əlaqələrin gücləndirməsinə töhfə verəcək. Xatırlatmaq istərdim ki, Avropa ilə əlaqələrin güclənməsi Azərbaycanın geosiyasi səhnədə Rusiya ilə Amerika Birləşmiş Ştatları arasında seçim etməsinin qarşısını alır. Bundan başqa Avropa institutlarının Qafqaz regionunda fəaliyyətinin güclənməsi bu regionun Avropanın ümumi təhlükəsizlik sisteminə inteqrasiyasını sürətləndirir. Bu istiqamətdə Fransanın rolu çox böyükdür. Fransa Avropa İttifaqının əsas iki aparıcı dövlətindən biridir və 2008-ci il iyulun 1-dən ölkə Avropa İttifaqına rəhbərlik edəcək. Bu, xüsusilə qurumun xarici siyasəti baxımından çox mühüm bir vəzifədir.
- Bir ekspert kimi Azərbaycanın NATO ilə əməkdaşlığının gələcəyini necə dəyərləndirirsiniz?
- Azərbaycan NATO ilə müxtəlif proqramlar çərçivəsində fəal əməkdaşlıq edir və bu əməkdaşlıq sonda üzvlüklə nəticələnməlidir. Amma burda bir necə məsələyə diqqət yetirmək lazımdır. Əvvəla NATO-nun regiondakı konfliktlərin həllində rolu ancaq, tərəflər razılıq əldə edildikdən sonra, sülhməramlı qüvvələrin yerləşdirilməsindən ibarət olacaq. Bundan başqa Azərbaycan və digər region dövlətlərin təşkilata üzv olması müəyyən çətinliklər var. Əvvəla, NATO-nun regionla bağlı konkret strategiyası yoxdur, belə bir strategiya getdikcə formalaşır. Bu da region dövlətlərinin Avropaya inteqrasiyasının güclənməsi, antiterror mübarizəsində fəal iştirakı və Xəzər dənizinin enerji resurslarının ixracı ilə bağlıdır. NATO-nun strateji konsepsiyasında qeyd olunur ki, quruma üzv olan dövlətlər təşkilatın ümumi siyasi və strateji maraqlarına xidmət etməlidir və Avropanın təhlükəsizliyini və sabitliyini gücləndirməlidir. Burda iki əsas məsələ region dövlətlərinin NATO-ya üzv olmasına maneə törədir: konfliktli vəziyyətlərin olması və Rusiyanın NATO-ya yeni üzvlərin qəbuluna mənfi münasibəti. NATO gərginlik yaratmamaq üçün bu addımı atmayacaq və gözləyəcək ki, regionda konfliktlər sülh yolu ilə öz həllini tapsın və Rusiya ilə region dövlətləri arasında münasibətlər normallaşsın. Bundan sonra üzvlük məsələsinin reallaşması mümkündür.
- Azərbaycanla Fransa arasında əlaqələrin inkişafı Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir göstərə bilərmi?
- Bu yaxınlarda mən Fransanın keçmiş xarici işlər naziri Mişel Barnye ilə söhbət elədim. O mənə bildirdi ki, bu problem mürəkkəb problemdir, Fransa çalışır ki, problem sülh və danışıqlar yolu ilə həll olunsun. Mənə elə gəlir ki, konfliktin sülh yolu ilə və Azərbaycanın ərazi bütövlüyünə hörmət etməklə həlli imkanları hələ tükənməyib. Azərbaycanın iqtisadi inkişafının güclənməsi, hərbi potensialının və geosiyasi müstəvidə əhəmiyyətinin artması erməniləri gec-tez kompromisə getməyə məcbur edəcək. /APA/
Xəbər Lenti
Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur
Rubio Əbu-Dabi danışıqlarından gözləntiləri və əsas müzakirə mövzusunu açıqlayıb
Əbu-Dabidə keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibi məlum olub
Tramp miqrantların deportasiyası siyasətinin həddindən artıq sərt olduğunu etiraf edib
“Qalatasaray”ın keçmiş futbolçusu Cevad Prekazi vəfat edib
Tramp: İranın Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi qrup fəaliyyətə başlayıb
Gəncədə 41 yaşlı kişi bıçaqlanıb
Almaniyada tələbələr noyabrın 20-də kütləvi tətil keçirməyi planlaşdırırlar
İstanbul ve Bursada tarixi tikililər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Rusiya bir gündə Ukraynaya məxsus 50 PUA-nın vurulduğunu açıqlayıb
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - VİDEO
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İranın Qeşm adasında 4 partlayış baş verib
İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar
Dublində avtomobil yeniyetmələrin üzərinə sürülüb, 8 nəfər xəsarət alıb
İran ABŞ-la təmasların dayandırılmasının səbəbini açıqlayıb
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Tramp: İranla genişmiqyaslı müharibənin yenidən başlaması ehtimalı azdır
ABŞ Konqresində demokratların lideri Pentaqon rəhbərinin impiçmentini dəstəkləyib
Al Arabiya: İraq nümayəndə heyəti ABŞ-ın mesajını İrana çatdırıb
Əraqçi: İran ABŞ-a Hörmüz boğazı ilə bağlı şərt qoyub
Naxçıvanda Zəfər Gününün 6 illiyi münasibətilə konsert və atəşfəşanlıq təşkil olunub
Xankəndidə Zəfər Günündə bayram konserti keçirilib - FOTO
İsrail Prezidenti Qadi Ayzenkota hökuməti formalaşdırmaq mandatı verib
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO
Hulusi Kılıç: Ərdoğan və Əliyevin Şuşadan verdiyi qardaşlıq mesajı bütün Türk dünyasının qürurudur
Misirdə sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Türkiyə mediası: Prezident İlham Əliyev COP31 sammitində iştirak edəcək
İstanbulda “15 Temmuz” körpüsündə Azərbaycan bayrağı proyeksiya olunub
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
Azərbaycan və Türkiyə prezidentləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO - YENİLƏNİB
Yeni Zelandiyada parlament seçkilərinin qalibi müəyyənləşməyib
Türkiyə Super Liqası: “Fənərbaxça” səfərdə böyük hesablı qələbə qazanıb
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb - VİDEO
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır - FOTO
İranda partlayışlar baş verib, Hörmüz boğazında gəmilərə hücum edilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO - VİDEO - YENİLƏNİB
Qazaxda yük avtomobilinin sürücüsü sükan arxasında ölüb
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib
Soltan Məmmədov: Azərbaycançılıq məfkurəsi xalqımızı vahid amal ətrafında birləşdirən əsas ideoloji dayağımızdır
Ərdoğan: Qarabağda yenidən yanan hər ocaq Azərbaycan xalqının gələcəyə inamını göstərir
Sumqayıtda Zəfər Günü münasibətilə şəhidlərin xatirəsi ehtiramla yad edilib - FOTO
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
Tovuzda iki avtomobil toqquşub, onlardan biri divara çırpılıb