Azərbaycan əsilli fransız diplomat Aleksis Şahtaxtinski ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi vəzifəsinə təyin olunub

Azərbaycan əsilli fransız diplomat Aleksis Şahtaxtinski ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi vəzifəsinə təyin olunub
# 14 fevral 2014 10:33 (UTC +04:00)

ATƏT-in mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, diplomat vəzifəsini martın 1-dən etibarən icra etməyə başlayacaq.

A. Şahtaxtinski təyinatı ilə bağlı açıqlamasında bildirib ki, qarşılıqlı hörmət və etimad əsasında Azərbaycan hökuməti ilə inamlı işgüzar əlaqələrin qurulacağına ümid edir. O bildirib ki, yeni mandata uyğun olaraq Azərbaycanın hökumət və qeyri-hökumət qurumları, yerli hakimiyyət orqanları, universitetlər, elmi-tədqiqat institutları və vətəndaş cəmiyyəti təşkilatları ilə əlaqələri təmin edəcək. A. Şahtaxtinski ATƏT-in özünəməxsus və hərtərəfli təhlükəsizlik konsepsiyasından tam istifadə edərək komandasının üzvləri ilə birlikdə ATƏT-in hər üç meyarı (təhlükəsizlik, insan haqları, iqtisadi-ekoloji məsələlər) üzrə layihələrin icrası üçün təşkilatın prinsip və öhdəliklərini təşviq edəcəyini söyləyib.

Xatırladaq ki, ATƏT-in Daimi Şurasının 26 iyul 2013-cü il tarixli qərarına əsasən 1 yanvar 2014-cü il tarixindən etibarən ATƏT-in Bakı Ofisi ATƏT-in Bakı Layihə Əlaqələndiricisi statusuna transformasiya olunub. Azərbaycan əsilli Aleksis Şahtaxtinski son təyinatından əvvəl Fransa Xarici İşlər Nazirliyinin Siyasətin Planlaşdırılması Mərkəzində fəaliyyət göstərib və Fransanın Avropa məsələləri üzrə nazirinin xüsusi müşaviri vəzifəsində çalışıb. Avropada təhlükəsizlik üzrə 20 ildən çox təcrübəyə malik peşəkar diplomat, Moskvada NATO İnformasiya Ofisinin rəhbəri, Belarus və Tacikistanda müvəqqəti işlər üzrə vəkil, Krakovda (Polşa) Fransanın baş konsulu vəzifələrində çalışıb. A. Şahtaxtinski həmçinin ATƏT-in Bakı Ofisi rəhbərinin müavini olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR