Ombudsmanın nümayəndələri Leyla Yunus, İlqar Məmmədov, İntiqam Əliyev, Anar Məmmədli və digər şəxslərlə görüşüblər

 Ombudsmanın nümayəndələri Leyla Yunus, İlqar Məmmədov, İntiqam Əliyev, Anar Məmmədli və digər şəxslərlə görüşüblər
# 08 oktyabr 2014 15:25 (UTC +04:00)

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, başçəkmə zamanı BİT-də saxlanılan Leyla Yunusova, İntiqam Əliyev, Rəsul Cəfərov və Anar Məmmədli ilə görüş keçirilib. Görüş zamanı adı çəkilən şəxslərin saxlanılma şəraiti və onlarla rəftarın vəziyyəti araşdırılıb.

Bundan əlavə 2 saylı Cəzaçəkmə Müəssisəsinin karantin otağında saxlanılan İlqar Məmmədov da qəbul edilib və vəziyyəti araşdırılıb. Görüş zamanı İ.Məmmədov 2 saylı Cəzaçəkmə Müəssisəsində hər-hansı pis rəftara məruz qalmadığını bildirib.

Qeyd edilib ki, adı çəkilən şəxslərin qaldırdığı məsələlərin araşdırılması və qanunvericilik çərçivəsində tədbir görülməsi üçün Ombudsman tərəfindən Ədliyyə Nazirliyinin rəhbərliyinə müraciət olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR