AEBA müfəttişləri Sağənd uran mədəni və Ərdəkan kondensasiya zavoduna baxış keçirəcəklər

AEBA müfəttişləri Sağənd uran mədəni və Ərdəkan kondensasiya zavoduna baxış keçirəcəklər
# 29 aprel 2014 09:53 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müfəttişləri gələn həftə İrana səfər edəcək.

APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, bu barədə İran Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi açıqlama verib.

Onun sözlərinə görə, səfərdə məqsəd Yəzd şəhərindəki Sağənd uran mədəni və Ərdəkan kondensasiya zavoduna baxış keçirməkdir: “Artıq Ləşkərabad Lazer Mərkəzinə texniki baxış olub”.

B.Kəmalvəndi AEBA-nın icraçı direktorunun müavini Tero Varyoranta ötən həftənin sonlarında Tehrana qeyri-rəsmi səfər etməsi xəbərini təsdiqləyib: “Agentlik rəsmilərinin İranla AEBA arasındakı əməkdaşlıq çərçivəsində Tehrana səfər etmələri adi işdir və indiyədək tez-tez həyata keçirilib. T.Varyoranta da yenə İrana gəlib və bu ölkənin rəsmiləri ilə fikir mübadiləsi aparıb”.

Qeyd edək ki, fevralın 8-9-da Tehranda İranla AEBA arasında 7 məsələ ilə bağlı razılıq əldə olunub və bunlar mayın 15-nə kimi yerinə yetirilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR