“Xocalıya ədalət” kampaniyası çərçivəsində bir neçə ölkənin nümayəndələri Quba məzarlığını ziyarət edib - FOTOSESSİYA

“Xocalıya ədalət” kampaniyası çərçivəsində bir neçə ölkənin nümayəndələri Quba məzarlığını ziyarət edib - <span style="color: red;">FOTOSESSİYA
# 22 fevral 2014 13:34 (UTC +04:00)

Quba. Vəli Turan - APA. Bu gün bir neçə ölkənin nümayəndələri Qubada aşkar edilən kütləvi məzarlığı ziyarət ediblər.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Belarus, Türkiyə, Ukrayna, İsrail və Moldovadan olan qonaqlara “Quba Memorial Kompleksi” ndə ermənilərin azərbaycanlılara, eləcə də bu regionda yaşayan digər xalqlara qarşı törətdikləri soyqırımı barədə ətraflı məlumat verilib.

Moldova ombudsmanı xanım Aureliye Qriqoriu bildirib ki, azərbaycanlılara qarşı törədilən soyqırımını tanıtmaq üçün bu sübutlardan istifadə etmək lazımdır. Bununla bağlı beynəlxalq konfrans təşkil olunmalı, bu konfransa elm adamları ilə yanaşı, ekspertlər dəvət olunmalıdır.

“Azərbaycan–İsrail” Beynəlxalq Assosiasiyasının (Azİz) idarə heyətinin üzvü, beynəlxalq münasibətlər üzrə ekspert Arye Qut bildirib ki, bütün dünyaya Xocalıda baş verənlər barədə ətraflı məlumat verilməlidir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR