Fələstinin baş naziri istefa verib

Fələstinin baş naziri istefa verib
# 25 aprel 2014 19:51 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, istefa yeni hökumətin formalaşdırılması üçün şəraitin yaradılması ilə əlaqədardır.

Aprelin 23-də HƏMAS hərəkatı və Fələstin Muxtariyyətinin başçısı Mahmud Abbas sülh razılaşması imzalayıblar.

Razılaşmaya əsasən, Fələstin Muxtariyyətində vahid hökumət formalaşdırılacaq, 6 ay ərzində isə muxtariyyətin prezidenti və parlamenti seçiləcək.

Qeyd edək ki, İsrail “Fəth” və “Həmas” hərəkatları arasında barışıq razılaşmasının imzalanmasından sonra Fələstinlə sülh danışıqlarının dayandırdığını bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR