“Uşaq hüquqları və biznes prinsipləri” mövzusunda tədbir keçirilib

“Uşaq hüquqları və biznes prinsipləri” mövzusunda  tədbir keçirilib
# 13 fevral 2014 09:26 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova- APA. Ombudsman yanında fəaliyyət göstərən Biznes və İnsan hüquqları üzrə İşçi Qrupu “Uşaq hüquqları və biznes prinsipləri” mövzusunda toplantı keçirib. Ombudsman Aparatından APA-ya verilən məlumata görə, toplantıda BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard, aidiyyəti dövlət qurumları və QHT-lərin nümayəndələri iştirak ediblər.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı iştirakçılara ötən ildə görülmüş işlər, qarşıda duran prioritet istiqamətlər, biznes və insan hüquqları sahəsində BMT səviyyəsində qəbul olunmuş sənədlər, o cümlədən, BMT-nin Qlobal Sazişı, BMT-nin İnsan Hüquqları Şurası tərəfindən təsdiq edilmiş Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsipləri, Milli İnsan Hüquqları Təsisatlarının bu sahədə fəaliyyət istiqamətlərini müəyyən edən Edinburq Bəyannaməsi barədə ətraflı məlumat verib,

Tədbirdə M. Herevard isə “BMT-nin Uşaq Hüquqları və biznes prinsiplərinin şərhi” mövzusunda məruzə ilə çıxış edib.

Toplantıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri “Uşaq hüquqlarının müdafiəsi sahəsində dövlət siyasəti” və “Yetkinlik yaşına çatmayanların əməyə cəlb olunması xüsusiyyətləri” mövzusunda məruzələr ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR