BMT: Bu həftə 700-dən çox miqrantın Aralıq dənizində öldüyü ehtimal olunur

BMT: Bu həftə 700-dən çox miqrantın Aralıq dənizində öldüyü ehtimal olunur
# 29 may 2016 15:40 (UTC +04:00)

Bakı-APA. Son həftə ərzində Liviya sahillərində gəminin qəzaya uğraması nəticəsində 700-dən çox miqrantın həyatını itirdiyi ehtimal olunur.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə bu gün BMT Qaçqınlar üzrə Ali Komissarının İdarəsi qəzalar zamanı sağ qalan miqrantların ifadələrinə istinadən məlumat yayıb.

“Save the Children” beynəlxalq təşkilatı cümə axşamı Şimali Afrikadan Avropaya gedən gəminin batması nəticəsində 400 nəfərə yaxın miqrantın həyatını itirməsinin ehtimal olunduğunu açıqlayıb. Beynəlxalq Miqrasiya Təşkilatı çərşənbə günü 100 miqrantın olduğu qayğın batdığını bildirib. İtaliya Hərbi Dəniz Qüvvələri cümə günü anoloji qəza nəticəsində həyatını itirənlərdən 45-nin cəsədini aşkarlayıb.

BMT Qaçqınlar üzrə Ali Komissarının İdarəsinin təmsilçisi Federiko Fossi situasiyanın xaotik olduğunu, əmin olmasalar da, bu həftə 700-dən çox miqrantın Aralıq dənizində batmasını ehtimal etdiklərini bildirib.

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, bu ilin əvvəlindən Avropaya 194 min 611 miqrant gəlib, 1475 insan miqrant isə ölüb, yaxud İtkin düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR