Moskva-Gəncə və Moskva-Lənkəran aviareysləri təxirə salınıb

Moskva-Gəncə və Moskva-Lənkəran aviareysləri təxirə salınıb
# 02 mart 2016 07:29 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Rusiyanın "Ural Hava Yolları" aviaşirkəti Moskva-Gəncə və Moskva-Lənkəran aviareyslərini təxirə salıb.

"APA-Economics" "Yandex" axtarış sistemində yerləşdirilən məlumatlara istinadən xəbər verir ki, buna səbəb Rusiyanın paytaxtında hava şəraitinin kəskin pisləşməsidir.

Moskva-Gəncə aviareysinin saat 10:00-da, Moskva-Lənkəran aviareysinin isə saat 08:20-də yerinə yetirilməsi nəzərdə tutulmuşdu.

Qeyd edək ki, Moskvada hava şəraitinin kəskin pisləşməsi səbəbindən ümumilikdə 100-ə yaxın aviareys təxirə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR