Lənkəranda pulsuz tibbi müayinə aksiyası çərçivəsində 15410 nəfər müayinələrdən keçib - FOTOSESSİYA

Lənkəranda pulsuz tibbi müayinə aksiyası çərçivəsində 15410 nəfər müayinələrdən keçib - <span style="color: red;">FOTOSESSİYA
# 11 mart 2014 17:55 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Prezident İlham Əliyevin tapşırığı ilə əhalinin pulsuz tibbi müayinələrə cəlb edilməsi prosesi Lənkəranda da mütəşəkkilliklə davam edir. APA-nın cənub bürosunun məlumatına görə, onlar üçün yaradılan imkandan maksimum yararlanmağa çalışan yerli sakinlər hər gün müayinələrin aparıldığı Lənkəran Mərkəzi Rayon Xəstəxanasına və Lənkəran Müalicə-Diaqnostika Mərkəzinə gələrək tibbi müayinələrdən keçirlər.

Lənkəran Müalicə-Diaqnostika Mərkəzi baş həkiminin müavini Ağəli Əliyevin sözlərinə görə, indiyədək bu şəfa ocağına 2500-dən çox rayon sakini müraciət edərək müayinələrdən keçib. Vətəndaşlara tibbi xidmətin təşkili işinə Mərkəzin yüksək ixtisaslı və təcrübəli həkim personalı cəlb olunub. Müraciət edən vətəndaşlarda aşkarlanan xəstəliklər arasında ürək-damar və mədə-bağırsaq sistemi xəstəlikləri üstünlük təşkil edir. İlkin müayinələrdən sonra səhhətində ciddi nasazlıqlar qeydə alınan vətəndaşlar əvvəlcə daha dərin – instrumental müayinəyə cəlb edilir və yalnız bundan sonra müalicəyə yazılır. Ağır xəstəliklər aşkarlanan vətəndaşlar isə lazım olan təqdirdə Bakı şəhərinə göndərilir.

Lənkəran Şəhər İcra Hakimiyyəti aparatından verilən məlumata görə, martın 11-dək 15410 nəfər rayon sakini tibbi müayinələrdən keçib. Aksiyanın bitəcəyi 1 may tarixinədək isə rayon üzrə qeydiyyatda olan 102896 vətəndaşın müayinələrdən keçirilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR