TQDK magistraturaya qəbulun nəticələri haqda statistik məlumatları açıqlayıb

TQDK magistraturaya qəbulun nəticələri haqda statistik məlumatları açıqlayıb
# 16 avqust 2016 15:58 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbulun nəticələri haqqında statistik məlumatları açıqlayıb. TQDK-dan APA-ya verilən məlumata görə, 2016/2017-ci tədris ilində magistraturaya qəbul imtahanında iştirak etmək üçün ümumilikdə 24110 bakalavr qeydiyyatdan keçib.

İki mərhələdə keçirilən imtahanın nəticələrinə əsasən, 5184 bakalavr respublikanın ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub, lakin qəbul olanlardan 730 nəfəri (14 %) müəyyən olunmuş vaxtda ali məktəblərdə qeydiyyatdan keçməyib. Boş qalan plan yerlərinə aparılan müsabiqədə isə əlavə olaraq 305 nəfər magistratura səviyyəsinə qəbul olub.

Bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə Azərbaycan bölməsi üzrə 5142 (69.85 %), rus bölməsi üzrə 825 (11.21 %), birgə müsabiqə əsasında isə 1395 (18.95%) yer olmaqla ümumilikdə 7362 plan yeri ayrılıb. İmtahanının nəticələrinə əsasən, 4769 bakalavr (Azərbaycan bölməsi üzrə 4312, rus bölməsi üzrə 457) magistratura səviyyəsinə qəbul olunub. Onlardan 2209 nəfəri dövlət sifarişi əsasında təhsil almaq hüququ əldə edib, qəbul planı 64.78 % dolub. Plan yerlərindən 2593-ü (35.22 %) boş qalıb.

Bu il yalnız Azərbaycan Tibb Universitetində plan yerləri tam, Qafqaz Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Musiqi Akademiyasının plan yerləri 90 faiz və daha çox, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının plan yerləri isə 80 faizdən çox dolub.

Magistraturaya qəbulda plan yerlərinin dolma göstəricisi üzrə ən zəif nəticə Bakı Avrasiya Universitetinə (14.29%) aiddir.

Magistraturaya qəbul olanların sayı haqqında məlumat:

Qəbul planı

Qəbul edilibdir (o cümlədən, dövlət sifarişi əsasında)

Qəbulolma faizi

Vakant yerlərin

Azərbaycan bölməsi

Rus bölməsi

Bölmələr üzrə cəmi

sayı (faizi)

7362

4312 (2059)

457 (150)

4769 (2209)

64.78

2593 (35.22)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR