Azərbaycan prezidenti İlham Əliyev Latviyanın keçmiş prezidentini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Latviyanın keçmiş prezidentini qəbul edib
# 31 oktyabr 2013 14:22 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 31-də Latviya Respublikasının keçmiş prezidenti Valdis Zatlersi qəbul edib.

APA-nın məlumatına görə, V. Zatlers İ. Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edib.

Görüşdə III Bakı Beynəlxalq Humanitar Forumunun mədəniyyətlərarası dialoqun genişləndirilməsində önəmi vurğulanıb, Azərbaycanla Latviya arasında ikitərəfli münasibətlərin uğurla inkişafından məmnunluq ifadə edilib, əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR