Bakıda İndoneziya və Azərbaycan iş adamlarının iştirakı ilə tədbir keçirilib

Bakıda İndoneziya və Azərbaycan iş adamlarının iştirakı ilə tədbir keçirilib
# 21 may 2016 07:53 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Bakıda İndoneziyanın Azərbaycandakı səfirliyi və İpək yolu Sahibkarlığın İnkişafına Dəstək İctimai Birliyinin birgə tədbiri keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bey Fananie, İpək Yolu Sahibkarlığın İnkişafına Dəstək İctimai Birliyinin sədri Rəşid Çulaqov, İndoneziyadan və Azərbaycandan olan iş adamları, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan R. Çulaqov bildirib ki, kiçik və orta biznes nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkil edilməsi ilə biznes əlaqələrinin inkişafında daha artıq nailiyyətlərə imza atmaq mümkündür.

İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bey Fananie qeyd edib ki, turizm, investisiya yatırılması sahələrində Azərbaycanla əlaqələrin inkişaf etdirilməsində xüsusi olaraq maraqlıdırlar.

“Bu bizim üçün başlanğıc nöqtəsi olacaq”, - deyə səfir bildirib.

İndoneziyanın halal məhsul istehsalının vətəni olduğunu deyən səfir ölkəsinin tədbirdə 5 istehsal yönümlü ixtisaslaşmış şirkətlə təmsil olunduğunu diqqətə çatdırıb: "Gəlin, iki ölkəni, iqtisadiyyatımızı yaxınlaşdıraq, iqtisadiyyatın qarşılıqlı inkişafına töhfə verək”.

Tədbir digər çıxışlarla davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR