Moskvada Formula-1-ə dəstək məqsədilə kartinq yarışı keçiriləcək

Moskvada Formula-1-ə dəstək məqsədilə kartinq yarışı keçiriləcək
# 16 may 2016 10:04 (UTC +04:00)

Bakı-APA. Mayın 22-də Moskvada Formula-1 "Avropa Qran-Prisi"-nə dəstək məqsədilə “Azərbaycanlı Gənclərin Kuboku” adlı kartinq yarışı keçiriləcək.

APA-nın məlumatına görə, yarışın təşkilatçısı, Azərbaycan Slavyan Gənclər Assosiasiyasının Rusiya nümayəndəliyinin sədri Toğrul Allahverdili bildirib ki, artıq təşkilatı işlər yekunlaşıb, İştirak edəcək komandalar müəyyənləşib. Yarışda birincilik uğrunda 8 komanda mübarizə aparacaq.

T. Allahverdili Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin artıq 3 ildir fəaliyyət göstərdiyini, bu illər ərzində bir çox ilklərə imza atdığını deyib: “Artıq Rusiyada fəaliyyət göstərən bir çox KİV bizə informasiya dəstəyi verir. Yarışa maraq çox böyükdür. Hətta Rusiya Dövlət Dumasının dəstəklədiyi gənclər komandası da yarışa qatılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR