Son 5 ildə Azərbaycanda 1500-1700 ürək qüsurlu uşaq əməliyyat olunub

Son 5 ildə Azərbaycanda 1500-1700 ürək qüsurlu uşaq əməliyyat olunub
# 16 may 2016 12:35 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Bütün dünyada hər il 10 milyon nəfərə 1000-1200 ürək qüsurlu uşaq düşür. Azərbaycanda da bu rəqəmlər fərqli deyil və statistika elə dünyada olduğu kimidir. Azərbaycanda hər bir milyon əhalinin 8%-ni ürək qüsurlu uşaqlar təşkil edir. Ölkədə ildə 900-1200 arası ürək qüsurlu uşaq doğulur”. Bunu APA-ya açıqlamasında akademik Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin baş həkimi Yusif Əliyev deyib.

Onun sözlərinə görə, Elmi Cərrahiyyə Mərkəzində 2011-ci ildən bu vaxta kimi 1500-1700 ürək qüsurlu uşaq əməliyyat olunub. Y.Əliyev qeyd edib ki, bu gün 100-ə qədər uşaq hələ də əməliyyat olunmaq üçün növbəsini gözləyir: “Mərkəzdə aparılan ürək əməliyyatları bügünki fəaliyyətin 20%-ni təşkil edir. Əgər ildə 5 min əməliyyat aparılırsa, bunun təxminən mini ürək əməliyyatlarının payına düşür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR