Osloda konsert zalının tavanı uçub, 15 nəfər xəsarət alıb

Osloda konsert zalının tavanı uçub, 15 nəfər xəsarət alıb
# 21 avqust 2016 18:57 (UTC +04:00)

Bakı-APA. Norveçin paytaxtı Osloda “Sentrum Scenе” konsert zalının tavanının qismən uçması nəticəsində 15 nəfər xəsarət alıb.


APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident zalda yeni təhsil ilinin başlanılması ilə əlaqədar tədbirin keçirilməsi zamanı baş tutub.


1800 tamaşaçı tutumuna malik olan “Sentrum Scenе”-də təxliyə tədbiri həyata keçirilib. Hadisənin başvermə səbəbləri barədə hələ ki, məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR