Bakıda avtomobildə köməksiz vəziyyətdə qalmış şəxs xilas olunub

Bakıda avtomobildə köməksiz vəziyyətdə qalmış şəxs xilas olunub
# 30 sentyabr 2016 20:47 (UTC +04:00)

Bakı-APA. Sentyabrın 29-da yağan intensiv yağışlar nəticəsində Bakının Suraxanı rayonunda avtomobil yoluna yığılan yağış suları “VAZ” markalı minik avtomobilinin hərəkətini məhdudlaşdırıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobildə olan 1 nəfərə müvafiq köməklik göstərib. Əməliyyat saat 21:58-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR