Bərdədə ikimərtəbəli ev yanıb

Bərdədə ikimərtəbəli ev yanıb
# 24 noyabr 2015 04:58 (UTC +04:00)

Bakı-APA. Bərdədə yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bərdə rayonu, Lək kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan ikimərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 40 kv.m və 1 otağının tavanı 28 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR