BMT Təhlükəsizlik Şurası Ukraynaya həsr olunmuş iclas keçirəcək

BMT Təhlükəsizlik Şurası Ukraynaya həsr olunmuş iclas keçirəcək
# 17 yanvar 2015 11:49 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. BMT Təhlükəsizlik Şurası Ukraynada vəziyyətin yenidən gərginləşməsi ilə əlaqədar yanvarın 21-nə iclas təyin edib. APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, diplomatik mənbə bildirib ki, müzakirələr Litvanın təşəbbüsü ilə təşkil olunur.

İclasda 15 üzv ölkənin nümayəndəsi iştirak edəcək. Qeyd olunur ki, Litva tərəfi əvvəlcədən iclasın qapalı keçirilməsini istəsə də, ABŞ müzakirələrin açıq rejimdə keçirilməsində israrlı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR