Dünya Kubokuna yollanacaq millimizin heyəti açıqlanıb

Dünya Kubokuna yollanacaq millimizin heyəti açıqlanıb
# 03 aprel 2018 08:29 (UTC +04:00)

Dünya Kubokunda iştirak edəcək sərbəst güləş üzrə Azərbaycan millisinin heyəti dəqiqləşib. Apasport.az saytının məlumatına görə, komandamızın baş məşqçisi Firdovsi Umudov bu gün keçirilən açıq məşqdə ABŞ-a aparacağı heyəti açıqlayıb.

Azərbaycan Güləş Federasiyanın vitse-prezidenti postunu da tutan mütəxəssis aprelin 7-də Ayova şəhərində start götürəcək Dünya Kubokunda Giorgi Edişeraşvili, Əfqan Xalaşov (hər ikisi 57 kq), Axmednabi Qvarzatilov (61 kq), Hacı Əliyev, Ağahüseyn Mustafayev (hər ikisi 65 kq), Coşqun Əzimov (70 kq), Hacımurad Omarov (74 kq), Cəbrayıl Həsənov (79 kq), Aleksandr Qostiyev (86 kq), Aslanbek Alborov (92 kq), Roman Bəkirov, Nurmaqomed Hacıyev (hər ikisi 97 kq) və Cəmaləddin Maqomedova (125 kq) güvənəcəyini bildirib.

Qeyd edək ki, yığmamız Dünya Kubokunun B qrupunda mübarizə aparacaq. Rəqiblərimiz Kuba, Qazaxıstan və Rusiya olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR