Azərbaycan bu il 291 mln. dollarlıq neft məhsulları ixrac edib

Azərbaycan bu il 291 mln. dollarlıq neft məhsulları ixrac edib
# 13 dekabr 2017 08:43 (UTC +04:00)

2017-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycan 291 mln. 262,2 min dollar dəyərində 733 min 340,94 ton neft məhsulları ixrac edib.

"APA-Economics" Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, həcm baxımından ötən ilin analoji dövrü ilə müqayisədə 655 min 111,64 ton və ya 47,18%, məbləğ baxımından isə 67 mln. 15,72 min dollar və ya 18,7% azdır. Xatırladaq ki, 2016-cı ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrə 358 mln. 277,92 min dollar dəyərində 1 mlrd. 388 min 452,58 ton neft məhsulu ixrac edib.

Cari ilin yanvar-noyabr ayları ərzində neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 2,33% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR