TQDK növbəti SAT imtahanı keçirib

TQDK növbəti SAT imtahanı keçirib
# 08 iyun 2015 07:26 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 6-da növbəti SAT imtahanı keçirib. TQDK-dan APA-ya verilən məlumata görə, imtahan saat 08:30-da başlanıb və 3 saat 45 dəqiqə ərzində aparılıb.


İmtahanda iştirakçılara normal imtahan şəraiti yaradılıb və proses təlimata uyğun aparılıb.

Bu imtahanının nəticələri iyun ayının 25-i imtahan verənlərin “College Board”-un internet səhifəsindəki şəxsi hesabında açıqlanmış olacaq.

Qeyd edək ki, növbəti SAT imtahanlarına qeydiyyat iyun ayının 12-dən başlanacaq və onlayn qaydada qeydiyyatdan keçmək üçün ətraflı məlumat http://tqdk.gov.az/en/international-partnerships/sat/ linkdə verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR