Ötən il Azərbaycandan Gürcüstana yanacaq qazının ixracı artıb

Ötən il Azərbaycandan Gürcüstana yanacaq qazının ixracı artıb
# 23 yanvar 2015 10:56 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. 2014-cü il ərzində Gürcüstan Azərbaycandan 287 726,5 min dollar dəyərində 1 379 271,9 kubmetr yanacaq qazı və digər qazlar idxal edib.

Bu barədə “APA-Economics” Gürcüstan Milli Statistika Xidmətinə istinadən məlumat verib.

Bu, 2013-cü ilin analoji dövrü ilə müqayisədə 10,3% çoxdur. Daha əvvəlki ilin analoji dövrü ilə müqayisədə 2014-cü ildə Gürcüstandan ixrac olunan yanacaq qazının həcmi dəyər baxımından da 10,4% artıb.

Ötən il ərzində Gürcüstan Azərbaycandan 240 840,0 min dollar dəyərində 285 926,6 ton yanacaq və yanacaq yağları idxal edib. Bu, daha əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,3% azdır.

2013-cü illə müqayisədə isə Gürcüstandan ixrac olunan yanacaq və yanacaq yağlarının həcmi dəyər baxımından 3,3% azalıb.

Qeyd edək ki, Azərbaycandan Gürcüstana ixrac olunan məhsulların 45,1%-i yanacaq qazı və digər qazlar, 37,8%-i isə yanacaq və yanacaq yağlarının payına düşür.

Xatırladaq ki, ötən il ərzində Azərbaycandan Gürcüstana 637 592,2 min dollar dəyərində məhsul ixrac edilib. Bu, daha əvvəlki 2013-cü ilin eyni dövrü müqayisədə 2,34% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR