Aİ üzvü olan ölkələrin xarici işlər nazirləri və ATƏT Daimi Şurası Ukraynada yaranmış vəziyyəti müzakirə edəcək

Aİ üzvü olan ölkələrin xarici işlər nazirləri və ATƏT Daimi Şurası Ukraynada yaranmış vəziyyəti müzakirə edəcək
# 26 yanvar 2015 07:19 (UTC +04:00)

APA-nın “Reuters”ə istinadən xəbərinə görə, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik üzrə ali komissarı Federika Moqerini bildirib.

Qeyd edək ki, Ukrayna prezidenti Pyotr Poroşenko yanvarın 26-da keçiriləcək iclas zamanı Rusiyaya təzyiqlərin artırılması barədə məsələ qaldıracaqlarını bildirib. ATƏT-in daimi sədri olan Serbiya isə bu gün təşkilatın Daimi Şurasının iclasının keçiriləcəyini və Ukraynadakı vəziyyətin müzakirə olunacağını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR