Azərbaycanda gələn ildən sosial sığınacaqların hazırlanması üçün dövlət büdcəsindən əlavə vəsait ayrılacaq

Azərbaycanda gələn ildən sosial sığınacaqların hazırlanması üçün dövlət büdcəsindən əlavə vəsait ayrılacaq
# 10 sentyabr 2014 09:55 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu–APA-Economics. Hazırda Qobustanda penitensiar mərkəzlərdən buraxılmış keçmiş məhbusların cəmiyyətə adaptasiyasını təşkil etmək üçün bir neçə sığınacaq tikilir.

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

Onun sözlərinə görə, tikintisi davam etdirilən həmin sığınacaqlar cari ilin sonuna qədər təhvil veriləcək.

Nazir xatırladıb ki, bu yaxınlarda məişət zorakılığına məruz qalmış şəxslərin cəmiyyətə adaptasiyasının təşkil olunması üçün fəaliyyət proqramı qəbul olunub: “Bu proqramda belə şəxslərin sosial adaptasiyasının təmin olunması və onlar üçün reabilitasiya mərkəzlərinin tikilməsi nəzərdə tutulub. Nazirlik bu istiqamətdə işlərini davam etdirir”.

S. Müslümov əlavə edib ki, gələn ildən etibarən ölkənin müxtəlif regionlarında sosial sığınacaqların hazırlanması üçün dövlət büdcəsindən əlavə vəsaitin ayrılması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR