Göyçayda qadın su quyusuna düşərək ölüb - VİDEO

Göyçayda qadın su quyusuna düşərək ölüb - <span style="color: red;">VİDEO
# 04 sentyabr 2015 08:36 (UTC +04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saat 9:50 radələrində Göyçayın Məlikkənd kəndində qeydə alınıb.

Kənd sakini, 1987-ci il təvəllüdlü İbadova Ruhiyə Mustafa qızı yaşadığı evin həyətindən su quyusundan vedrə ilə su götürərkən su quyusuna düşüb. Köməksiz vəziyyətdə quyuda qalan iki uşaq anası suda boğularaq ölüb. İlkin ehtimala görə, qadın suya düşərkən onu quyunun üzərində quraşdırılan suçəkən motordakı elektrik cərəyanı vurub.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR