Komissiya: Qulluq şəraiti həyat üçün təhlükəli olan vəzifələrin siyahısı 11 il əvvəl təsdiq olunub

Komissiya: Qulluq şəraiti həyat üçün təhlükəli olan vəzifələrin siyahısı 11 il əvvəl təsdiq olunub
# 07 aprel 2015 15:26 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli olan, yaxud xüsusilə ağır olan dövlət orqanlarında dövlət qulluqçularının vəzifə maaşları üçün artıq əmsalın müəyyən edilməsi haqqında” Qanunun ikinci maddəsinin ikinci hissəsinə əsasən qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli olan, yaxud xüsusilə ağır olan dövlət orqanlarının və müvafiq dövlət qulluğu vəzifələrinin siyahısını Nazirlər Kabineti təsdiq etməlidir”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Hüquq şöbəsinin müdiri Vüqar Əsgərov deyib.

Hüquq şöbəsinin müdiri bildirib ki, qulluq şəraiti həyat üçün təhlükəli olan dövlət orqanlarının siyahısı Nazirlər Kabineti tərəfindən ölkə başçısının müvafiq fərmanına uyğun olaraq müəyyən edilib: “Qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli, yaxud xüsusilə ağır olan dövlət orqanlarında dövlət qulluqçularının vəzifə maaşları üçün artıq əmsalın müəyyən edilməsi “Dövlət qulluğu haqqında” Qanununun 22.4-cü maddəsinə uyğun olaraq müəyyən edilir. Həmin maddəyə uyğun olaraq xüsusi qanun qəbul olunub. Həmin Qanun qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli olan, yaxud xüsusilə ağır olan dövlət orqanlarında dövlət qulluqçularının vəzifə maaşları üçün artıq əmsalı müəyyən edir”.

V. Əsgərov Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 175 nömrəli qərarı ilə eyni münasibətləri tənzimləyən sənədin qəbul edildiyini də qeyd edib: “Bu Qərarda “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı” müəyyən edilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR