Prokuror qətldə təqsirləndirilən şəxsə cəza istəyib

Prokuror qətldə təqsirləndirilən şəxsə cəza istəyib
# 12 oktyabr 2016 14:50 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Vidadi İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxsin cinayət işinin tam sübuta yetirildiyini deyib. O, V. İbrahimova 13 il 6 ay həbs cəzası təyin edilməsini istəyib.

Proses oktyabrın 18-də davam etdiriləcək.

Qeyd edək ki, V. İbrahimov münaqişə zəminində qonşusunu Namiq Balayevi qətlə yetirməkdə ittiham edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR